Mobil versiya
1996-cı ildən bəri bir Avropa ölkəsində ən böyük fəlakət! Onlarla ölü var
Tarix: 30-10-2024 | Saat: 18:27
Bölmə:Özəl | çapa göndər

1996-cı ildən bəri bir Avropa ölkəsində ən böyük fəlakət! Onlarla ölü var

Son iki gündə güclü yağış və fırtınaların təsirli olduğu İspaniyanın şərq və cənub bölgələrində ən azı 72 nəfərin həyatını itirdiyi, itkin düşənlərin axtarışlarının davam etdiyi bildirilib.İspaniya hökuməti, mülki müdafiə və yerli hökumət rəsmiləri tərəfindən verilən açıqlamalarda şiddətli yağış və fırtınalardan ən çox təsirlənən bölgələrdən biri olan Valensiyada 70, Kastiliya-La Mançada isə 2 nəfərin cəsədinin tapıldığı bildirilib.
Valensiyada itkin düşənlərin sayının onlarla olduğu, Kastilya-La Mançada ən az 5 nəfərin itkin düşdüyü və itkin düşənlərin axtarışlarının davam etdiyi açıqlanıb.

Səlahiyyətlilər həmçinin Valensiyanın müxtəlif bölgələrində daşqın səbəbindən onlarla insanın qapalı vəziyyətdə qaldığını, bölgədə elektrik enerjisinin kəsildiyini, təhsilin dayandırıldığını qeyd edib.

Valensiya muxtar hökuməti də Valensiya şəhərində hava limanını su basması səbəbindən bugünkü reyslərin ləğv edildiyini və ya təyyarələrin ən yaxın hava limanlarına yönəldildiyini bildirib.

3 GÜNLÜK ÜMİLLİ MATTA ELAN EDİLDİ
İspaniya hökumətinin Muxtar İdarələr və Regional Siyasətlər Naziri və Böhran Masası idarə edən Anxel Viktor Torres təbii fəlakətlə əlaqədar 3 günlük milli matəm elan edildiyini açıqlayıb.

Torres keçirdiyi mətbuat konfransında güclü yağış və fırtınaların hələ də davam etdiyi bölgələrdə yaşayan vətəndaşları evlərində qalmağa və əksəriyyəti bağlı və su basmış yollardan istifadə etməməyə çağırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2024