Mobil versiya
Misir Mərdanov: “Xahiş edirəm, məni seçki işinə qatmayın...”
Tarix: 15-09-2015 | Saat: 14:57
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

Misir Mərdanov: “Xahiş edirəm, məni seçki işinə qatmayın...”

Mətbuatda sabiq təhsil naziri Misir Mərdanovun noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılacağı xəbəri yayılıb.

Məlumatda YAP-ın namizədi olaraq seçkilərə qatılacağı deyilən sabiq nazirlə ilkin razılığın əldə olunduğu da vurğulanıb.

Hətta, sabiq nazirə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmək də təklif olunub.

Lakin keçmiş təhsil naziri Misir Mərdanov modern.az saytının əməkdaşı ilə söhbət zamanı yazılanların tam əksini deyib.

Sabiq nazirin “Misir müəllim, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyinizi vermək fikriniz varmı” sualına reaksiyası belə olub: “Yox, yox, xahiş edirəm, bu cür məsələlərlə bağlı mənə müraciət etməyin. Parlament seçkiləri barədə heç nə deyə bilmərəm. Məni bu işə qatmayın”.

YAP-ın seçki siyahısına adı salındığı deyilən Misir Mərdanovun namizədliyini irəli sürəcəyi 16 saylı dairədən hazırkı deputat Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə