Beynəlxalq münasibətlər yeni inkişaf mərhələsində
Tarix: 29-10-2024 | Saat: 15:19
Bölmə:Özəl | çapa göndər
Azərbaycan materikin önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında xüsusi rola malikdir. Qədim İpək yolu üzərində yerləşən Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryol xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub beynəlxalq nəqliyyat və Transxəzər tranzit dəhlizləri vasitəsilə Avrasiya materikində körpü rolunu oynayır. Bu baxımdan, Zəngəzur dəhlizi də ölkəmiz üçün, onun gələcək nəqliyyat və logistik imkanlarının daha da genişlənməsi baxımından önəmli keçid olacaq.
Postmünaqişə dövründə Zəngəzur dəhlizi dövlətimizin əsas hədəflərindən biridir. Bu layihə təkcə Azərbaycan üçün deyil, ümumilikdə, region ölkələrinə böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində regionun rolunu əhəmiyyətli dərəcədə artıracaq. Zəngəzur dəhlizinin açılması region ölkələrinin ümumi sosial-iqtisadi inkişafını və xalqların yaşayış səviyyəsinin yüksəlməsini təmin edəcəkdir.
Azərbaycan Xəzər dənizində ən böyük yük donanmasına sahibdir. Xəzər üzərindən yüklərin daşınması hazırkı dövrdə 15 milyon ton təşkil edir. Gələcək illər üçün bu yükdaşımanın daha da genişləndirilərək 25 milyon tona çatdırılması nəzərdə tutulur.
Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri səmərəli fəaliyyətdədir və Şərq-Qərb nəqliyyat dəhlizi üzərində artıq iki qol - biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa mövcuddur. Hər ikisi Azərbaycan ərazisindən keçir və təbii ki, respublikamızın imkanlarını daha da genişləndirir. Şimal-Cənub nəqliyyat dəhlizi isə Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər