Mobil versiya
Macarıstanın baş naziri Orban Gürcüstana gəlib
Tarix: 28-10-2024 | Saat: 19:56
Bölmə:Özəl | çapa göndər

Macarıstanın baş naziri Orban Gürcüstana gəlib
Aİ Şurasına rəhbərlik edən Macarıstanın baş naziri Viktor Orban iki günlük rəsmi səfərlə Tbilisiyə gəlib.Onu hava limanında baş nazirin müavini Levan Davitaşvili qarşılayıb və çərşənbə axşamı Orban Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə danışıqlar aparacaq.

Aİ artıq Orbanın bütün birliyi təmsil etmədiyini bəyan edib. Oktyabrın 26-da keçirilən parlament seçkilərində “Gürcü arzusu”nu qələbə münasibətilə təbrik edən yeganə Aİ lideri Orban olub.
Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Gürcüstana səfəri zamanı Orban Avropa İttifaqının nümayəndəsi deyil. Onun səfərində məqsəd Gürcüstan hökumətinə dəstək verməkdir. Macarıstan baş nazirinin bəyanatları Aİ-nin rəsmi mövqeyi sayılmamalıdır.

Xatırladaq ki, Gürcüstanın hakim partiyası parlamentdəki 150 yerdən 89-nu alıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-01-2025