Gürcüstan rəhbərliyinin Aİ-nin prioritetləri ilə bağlı açıqlamasının səbəbi açıqlanıb
Tarix: 28-10-2024 | Saat: 17:23
Bölmə:Özəl | çapa göndər
Gürcüstan rəhbərliyi əhali arasında avropapərəst çoxluğun əhval-ruhiyyəsinə görə Aİ-yə doğru kursundan dönməyəcək. Bu barədə Lenta.ru-ya müsahibəsində tarix elmləri doktoru, Cənubi Qafqaz ölkələrinin xarici siyasəti üzrə ekspert Niyazi Niyazov danışıb.
“Əgər bu gün “Gürcü arzusu”nun (Gürcüstanın hakim partiyası – Lenta.ru qeydi) nümayəndələri desəydilər ki, onlar Avropaya inteqrasiyadan, Avropaya gedən yoldan imtina edirlər, o zaman indi əldə etdikləri nəticələrə nail ola bilməzdilər. ", - Niyazov bildirib.
İlkin nəticələrə görə, “Gürcü arzusu” parlamentdə səs çoxluğu əldə edib.O əlavə edib ki, Gürcüstan əhalisinin əksəriyyəti avropapərəst olduğuna görə Avropa yolunda qalacaq. Bu şəraitdə Gürcüstan hakimiyyətinin Rusiya ilə diplomatik münasibətləri bərpa etmək istəməməsi ilə bağlı bəyanatlarına qiymət vermək lazımdır.
Niyazov qeyd edib ki, bu cür bəyanatlar həm də bəzi seçiciləri avropapərəst müxalifətdən uzaqlaşdırmaq üçün verilir.Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyası rəhbərlik üçün əsas prioritet olaraq qalacaq. O əlavə edib ki, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri bərpa etmək planı yoxdur.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər