Mobil versiya
Logistika mərkəzi
Tarix: 28-10-2024 | Saat: 16:26
Bölmə:Özəl | çapa göndər

Logistika mərkəzi

Abşeron Logistika Mərkəzinin əsrlər boyu mədəniyyətləri və qitələri birləşdirən tarixi İpək yolunun mərkəzində yerləşən paytaxtımızın Lökbatan qəsəbəsi ərazisində inşa edilməsi xüsusilə əhəmiyyətlidir. Mərkəzin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir. Bu müəssisənin “Meyvəli” MMC-yə, Bakı Baş Gömrük İdarəsinə, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə, həmçinin digər biznes strukturlarına yaxınlıqda yaradılması onun iqtisadi əhəmiyyətini daha da artırır. Təxmini hesablamalara görə, gün ərzində 750-800 yük maşını şəhər mərkəzində yerləşən stansiyalardan boşalan yükləri şəhərdaxili anbar və tikinti materialları bazarlarına daşıyır. Bu yüklərin şəhərdəki məntəqələrə, inşaat materialları mağazalarına və bazalarına çatdırılması paytaxtda nəqliyyatın hərəkətində sıxlıq və digər problemlər yaradır. Logistika Mərkəzinin yaradılması bu problemi həll etməklə yanaşı, həm də Bakının ekoloji durumunu daha da sağlamlaşdıracaq. Belə ki, Bakıətrafı dəmir yolu stansiyalarından Abşeron Logistika Mərkəzinə yönəldiləcək yüklərin həcminin milyon ton olacağı ehtimal edilir. Beləliklə də Bakıya gələn 2 milyon ton yük şəhərdən kənarda yerləşən Abşeron Logistika Mərkəzinə yönəldiləcək. Bu da orta hesabla 125 min yük avtomobili deməkdir.
Bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi var. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yük daşımalarını daha çevik yerinə yetirməyə imkan yaranacaq.

Türkanə Nuruyeva
YAP Laçın rayon təşkilatının 4 saylı ƏPT-nin sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-01-2025