Mobil versiya
Almaniyadan Türkiyə üçün kritik viza qərarı: 30 iyun 2025-ci ilə qədər...
Tarix: 28-10-2024 | Saat: 09:22
Bölmə:Özəl | çapa göndər

Almaniyadan Türkiyə üçün kritik viza qərarı: 30 iyun 2025-ci ilə qədər...

Ötən il Almaniya Çin, Mərakeş və Türkiyədən vizanın rədd edilməsinə etiraz prosesini bir il müddətinə dayandırmışdı. Bu müraciətin müddətinin 30 iyun 2025-ci il tarixinə qədər uzadıldığı açıqlanıb.
Türkiyədən Şengen ölkələrinə viza müraciətləri rekord dərəcədə rədd edilərkən, Almaniya bu vəziyyəti daha da sərtləşdirmək üçün bir addım atdı.Almaniya Xarici İşlər Nazirliyi 2023-cü ildə verdiyi açıqlama ilə Türkiyə, Çin və Mərakeşdə viza rəddinə edilən etirazların qiymətləndirilməsinin dayandırıldığını açıqladı. Bu müraciət bir il müddətinə uzadılacağı halda, müraciətlər 30 iyun 2025-ci ilə qədər avtomatik olaraq dayandırılacaq.

Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, "pandemiyadan sonra səyahət məhdudiyyətlərinin qaldırılması ilə dünya üzrə viza müraciət mərkəzlərinin sıx tələb yükü ilə üzləşdiyi" bildirilib. Bu vəziyyətin viza təyinatı etmək istəyənlərin aylarla gözləməsinə səbəb olduğu bildirilib və müraciətləri araşdıran qrupun potensialının artırılması məqsədilə etiraz müraciətlərinə baxacaq heyətin başqa bölmələrə təyin edildiyi vurğulanıb. .

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-01-2025