Mobil versiya
Adəm İsmayıl Bakuvi: “BRICS-lə əməkdaşlıq əlaqələrinin həm iqtisadi, həm də siyasi tərəfləri milli maraqlarımıza uyğun şəkildə formalaşır”
Tarix: 25-10-2024 | Saat: 18:37
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Adəm İsmayıl Bakuvi: “BRICS-lə əməkdaşlıq əlaqələrinin həm iqtisadi, həm də siyasi tərəfləri milli maraqlarımıza uyğun şəkildə formalaşır”

“Azərbaycan bir çox beynəlxalq təşkilatlar kimi BRİCS-lə də qarşılıqlı faydalı əsaslar üzərində qurulmuş əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Ölkəmizin eyni zamanda həm mühüm geo-strateji mövqedə yerləşməsi, həm də güclü dövlət olaraq tam müstəqil xarici siyasət yürütməsi BRICS üzvləri ilə çoxşaxəli və zəngin iqtisadi münasibətlərin formalaşmasını şərtləndirib. Xüsusi olaraq diqqəti cəlb edən məqamlardan biri budur ki, son illər ərzində yeni yaradılmış nəqliyyat infrastrukturunun vəziyyəti Azərbaycana həm Avropa. Həm də Asiya ölkələri üçün etibarlı tərəfdaş statusunu qazandırıb. Xüsusilə BRICS-in Asiyadan olan üzvlərinin Avropa ilə iqtisadi əlaqələrinin intensivləşdirilməsində Azərbaycanın rolu daha böyük önəm kəsb edir. Cənab Prezident İlham Əliyev cari ilin 24 oktyabr tarixində Kazan şəhərində keçirilmiş XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında etdiyi çıxışında da vurğuladı ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bu gün “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda isə ölkə ərazisindən yük axınının kəskin artmasını nəzərə alaraq, Azərbaycan hökuməti dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırır.”

Bunları aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi deyib.

Müsahibimiz daha sonra vurğulayıb ki, qlobal güclər arasında mübarizənin intensivləşdiyi və genişləndiyi bir dövrdə BRICS-lə əməkdaşlıq əlaqələrinin əlbəttə ki, siyasi tərəfləri də vardır: “Azərbaycan özünün xarici siyasət kursunda beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini hər zaman fəal şəkildə təşviq edib. Belə olan halda qərbmərkəzli qlobal dünya nizamına alternativ bir koalisiya olaraq təqdim edilən BRICS ilə əlaqələrin siyasi konteksti də Azərbaycan üçün kifayət qədər maraqlıdır. Azərbaycan artıq neçə müddətdir ki, dünyanın siyasi sistemində öz mövqelərini uğurla möhkəmləndirməkdədir. Ölkəmiz dörd il uğurla sədrlik etdiyi və 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatının işində fəal iştirak edir, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədridir, 200 ölkənin yekdil rəyi ilə BMT-nin iqlim dəyişikliyi konfransı-COP29 kimi qlobal əhəmiyyətli kütləvi tədbirlərə ev sahibliyi edir. Bütün bunların fonunda ölkəmizin ŞƏT və BRICS ilə bağlı gündəliyi də qətiyyən təəccüb doğura bilməz. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, məhz Azərbaycanın dördillik sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına daha çox səy göstərəcək” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024