Mobil versiya
6 gündür qaranlığa qərq olmuş bir ölkə... Oktyabrın 27-nə kimi həyat dayandı!
Tarix: 24-10-2024 | Saat: 14:21
Bölmə:Özəl | çapa göndər

6 gündür qaranlığa qərq olmuş bir ölkə... Oktyabrın 27-nə kimi həyat dayandı!

Kubada elektrik stansiyalarında yaranan nasazlıqlara görə tez-tez elektrik enerjisi kəsilir. Davam edən nasazlıqlara görə məktəblərin və iş yerlərinin bir müddət daha bağlı qalmasına qərar verilib.Kuba Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, oktyabrın 18-də əsas elektrik stansiyalarında davam edən nasazlıqlar və Oskar tropik qasırğası nəticəsində nasazlıqların dayandırılması səbəbindən görülən tədbirlər uzadılıb.
Açıqlamada xəstəxanalar kimi həyati əhəmiyyətli xidmətlər göstərən yerlərin açıq qalacağı, məktəblərin və qeyri-vacib dövlət sektoru fəaliyyətlərinin oktyabrın 27-dək bağlı qalacağı vurğulanıb.Hökumət, xarici sərmayələrin ölkəyə daxil olmasını əngəllədiyi səbəbilə, enerji böhranına görə ABŞ-ın iqtisadi embarqosunu günahlandırdı.
Kuba Prezidenti Miguel Diaz-Canel, X hesabında etdiyi paylaşımda, "ABŞ heç bir şey tələb etmədiyimizi açıqladı. Bizim tələbimiz embarqonu ləğv etməkdir" dedi.
Canel bir çox beynəlxalq təşkilatın və təxminən 41 ölkənin Kuba ilə həmrəy olduğunu açıqlayıb.
Oktyabrın 18-də Matanzas şəhərindəki Antonio Guiteras Elektrik Stansiyasında baş vermiş nasazlıq səbəbindən milyonlarla kubalı hələ də işıqsız qalıb.Nasazlığı düzəltmək üçün oktyabrın 18-də məktəblər bağlandı və dövlət sektorunun vacib olmayan fəaliyyəti dayandırıldı.Kubada elektrik stansiyalarında yaranan nasazlıqlara görə tez-tez elektrik enerjisi kəsilir.
Mətbuatın yazdığına görə, Sovet İttifaqının 40 il əvvəl tikdiyi elektrik stansiyalarına lazımi səviyyədə texniki qulluq göstərilmədiyi üçün bu problemlər təkrarlanır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025