Mobil versiya
Sahibə Qafarova Numan Kurtulmuşa başsağlığı verib
Tarix: 23-10-2024 | Saat: 22:11
Bölmə:Gündəm | çapa göndər

Sahibə Qafarova  Numan Kurtulmuşa başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.

Spiker TBMM sədrinə ünvanlandığı məktubunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktı nəticəsində insanların həlak olması xəbərindən sarsıldığını və terror aktını şiddətlə qınadığını bildirib.
Parlamentin sədri, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa diləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə