Mobil versiya
Azadlığın mübarək, Zəngilan!
Tarix: 21-10-2024 | Saat: 15:25
Bölmə:Özəl | çapa göndər

Azadlığın mübarək, Zəngilan!

44 günlük Qarabağ savaşında Ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində Zəngilan işğaldan azad olundu. Silahlı Qüvvələrimizin taktikası, əməliyyat şəraitini tam düzgün qiymətləndirməsi və yüksək döyüş qabiliyyəti qədim yurd yerimiz Zəngilanı bizə qaytardı. Sarsıdıcı zərbə altında döyüş meydanında rüsvayçı məğlubiyyətə uğrayan düşmənin kirli ayaqları halal torpağımızdan təmizləndi, uzunmüddətli işğala son verildi. Zəngilanın işğaldan azad olunması mühum əhəmiyyət kəsb edirdi. Çünki bu parlaq qələbədən sonra Azərbaycan-İran sərhədi tam bərpa olundu.
Amma işğaldan sonra Zəngilanı görmək nə qədər sevincli olsa belə, gördüklərimiz son dərəcə kədərli və dəhşətli oldu. Zəngilan şəhəri, qəsəbə və kəndləri tamamilə dağıdılaraq Yer üzündən silinib. Düşmənin amansız qəsbkarlığı nəticəsində hətta Zəngilanın təbiətinə belə divan tutulub, sərvətləri istismara məruz qalaraq talan edilib.
Müharibədən dərhal sonra ölkəmiz Zəngilanı yenidən qurur, böyük layihələri uğurla həyata keçirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən “Ağıllı kənd” layihəsinin təməlinin qoyulmasından qısa müddət sonra Ağalı dünyanın ən müasir yaşayış məskəninə çevrildi.Uzun müddət yurd yerindən ayrı düşmüş həmvətənlərimiz indi doğma evində təhlükəsiz həyat yaşayırlar. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur ki, bu da inkişafa töhfələr verir. İftixarla qeyd etmək yerinə düşər ki, Böyük Qayıdış layihəsinə uyğun olaraq Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Görülən işlər fərəh doğurur. Bu da, dövlətimizin qüdrətindən xəbər verir. Uzun müddət yad adamlar tərəfindən qəsd olunan Zəngilan bu gün doğma insanlarının əhatəsində inkişaf edir, abadlaşır və yeni görkəm alır. İşğaldan qurtulan Zəngilanda bütövlüyümüzün, milli birliyimizin, azadlığımızın təsdiqi olan Azərbaycan bayrağı dalğalanır. Zəngilanlılar isə əzəli torpaqlarında Prezident İlham Əliyevin lideri olduğu bir ölkədə sabit, təhlükəsiz həyat yaşayırlar

Nərgiz Hüseynova
YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2024