Tramp seçkilərdə mümkün məğlubiyyət barədə düşünmək istəmədiyini bildirib
Tarix: 15-10-2024 | Saat: 17:56
Bölmə:Özəl | çapa göndər
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qarşıdan gələn noyabr seçkilərində mümkün məğlubiyyət barədə düşünmək belə istəmədiyini bildirib.
"Bu [uduzmaq] haqqında düşünmək belə istəmirəm. Düşünmürəm, sadəcə [qazanmaq üçün hər şeyi edirəm]", - o, Bussin' With The Boys YouTube kanalına müsahibəsində deyib.
Tramp prezident seçkilərində qalib gəlmək üçün çox çalışdığını da qeyd edib.
“Mənim dincəlməyə çox vaxtım yoxdur <...> [Demokratik namizəd Kamala Harris] dincəlir, demək olar ki, hər zaman dincəlir, çox az işləyir”.Bundan əvvəl Nümayəndələr Palatasının üzvü Adam Şiff (Kaliforniyadan olan demokrat) Trampın noyabrda keçiriləcək seçkidə uduzacağı təqdirdə səsvermənin nəticələrinə etiraz edəcəyi barədə fikir bildirib.
ABŞ prezidenti Co Bayden (Demokratik Partiya) oktyabrın 4-də Ağ Evdə noyabrın 5-də keçiriləcək ümumi seçkilərin dinc keçəcəyinə şübhə edib. Respublikaçılar Partiyasını Tramp, Demokrat Partiyasını isə vitse-prezident Kamala Harris təmsil edəcək.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024