Mobil versiya
Prokurorluq gömrük əməkdaşları barəsindəki hökmlərdən kassasiya protestləri verdi
Tarix: 15-10-2024 | Saat: 12:54
Bölmə:Gündəm | çapa göndər

Prokurorluq gömrük əməkdaşları barəsindəki hökmlərdən kassasiya protestləri verdi

Sabiq gömrük əməkdaşları barəsində hökmlərdən kassasiya protestləri verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a bildirilib ki, Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin sabiq əməkdaşı Orxan Zöhrabova Cinayət Məcəlləsinin 32.5,308.2 və 32.5,311.3.2-ci maddələri (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və təkrar rüşvət almada köməkçi) ilə təqsirləndirildiyi cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2024-cü il tarixli hökmü ilə bəraət verilməsi və Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun sabiq əməkdaşı Mirağa Ağayevin isə həmin Məcəllənin 308.2 və 311.3.1-ci maddələrilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli bəraət hökmünün dəyişdirilmədən saxlanılması ilə bağlı oktyabrın 8-də dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2024