Mobil versiya
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
Tarix: 29-09-2026 | Saat: 17:06
Bölmə:Şou-biznes | çapa göndər

Nurgül Yeşilçay:

Nurgül Yeşilçay illər əvvəl yaşadığı dövrə qayıtmaqla bağlı suala verdiyi cavabla gündəmə gəlib.

aia.az xəbər verir ki, aktrisa qatıldığı proqramların birində həyatının gənclik mərhələsindən danışıb. O, həmin illəri yenidən yaşamaq arzusunda olmadığını açıq şəkildə ifadə edib.

Yeşilçayın sözlərinə görə, gənclik insanın həm özünü, həm də həyatı tanımağa çalışdığı mürəkkəb bir mərhələdir. Aktrisa həmin dövrdə övladının dünyaya gəldiyini və əsas diqqətini onun qayğısına yönəltdiyini söyləyib.

Nurgül Yeşilçay bildirib ki, onun fikrincə, insan üçün daha rahat və zövqlü həyat mərhələsi 45 yaşdan sonra başlayır:

"Yenidən gənc olmaq istəməzdim. Gənclik çox çətin dövrdür. Nə edəcəyini, nə deyəcəyini bilmirsən, həyatı yaşamağı öyrənməyə çalışırsan. O yaşlarda övladım dünyaya gəldi, onun qayğısı ilə məşğul olurdum. Məncə, insanın ən rahat və gözəl dövrü 45 yaşdan sonrakı illərdir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2026