Mobil versiya
Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
Tarix: 29-09-2026 | Saat: 11:38
Bölmə:Karusel / Ölkə | çapa göndər

Qazi aşpazın ölüm səbəbi -

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub.

aia.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırması nəticəsində qol nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərib və 2 ay əvvəl Vətənə qayıdıbmış.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2026