Mobil versiya
Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI
Tarix: 29-09-2026 | Saat: 16:41
Bölmə:Seçki 2020 / Gündəm | çapa göndər

Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının

Məlum olduğu kimi, Bəxtiyar Əsgərov ötən gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.

aia.az "Unikal"a istinadən işdən çıxarılan Bəxtiyar Əsgərovun əmlaklarının siyahısını əldə edib. Həmin siyahını təqdim edirik:

- Nərimanov rayonunda yeni tikili binalarda 3 mənzil;

- Memar Əcəmi metrosunun yaxınlığındakı yeni tikili binalarda 3 mənzil;

- Oğuz şəhərində yerləşən "Tansu" şadlıq sarayı;

- Oğuzda yerləşən villa;

- Oğuzda obyektlər və mağazalar;

Qeyd edək ki, Bəxtiyar Əsgərova məxsus olan "Tansu" şadlıq sarayında 2019-cu ildə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq keçirilib. Şadlıq sarayında ciddi nöqsanlar aşkarlanıb və fəaliyyəti məhdudlaşdırılıb. Həmin zaman rəsmi sənədlərdə şadlıq sarayının sahibi qismində Aydınov Azər Mehrab oğlu göstərilib. O, Bəxtiyar Əsgərovun bacanağıdır.

Xatırladaq ki, Bəxtiyar Əsgərov ötən gün azad edildiyi vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məcisinin sabiq sədri Vasif Talıbov tərəfindən təyin edilmişdi. Onun Vasif Talıbovun yaxın adamlarından biri olduğu barədə məlumatlar yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2026