Mobil versiya
"U-15 və U-20 dünya çempionatına hazırlıq yüksək səviyyədə aparılır" - İlham Əliyev
Tarix: 29-09-2026 | Saat: 12:36
Bölmə:Siyasət | çapa göndər

"U-15 və U-20 dünya çempionatına hazırlıq yüksək səviyyədə aparılır" -

Azərbaycanda U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır.

aia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edərkən deyib.

Dövlət başçısı gələn ay ölkədə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib.

Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2026