ABŞ Ukraynanı maliyyələşdirməyə həvəsinin olmadığını açıqlayıb
Tarix: 11-10-2024 | Saat: 19:20
Bölmə:Özəl | çapa göndər
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kiyevi maliyyələşdirməyə və yeni hərbi yardım ayırmağa “iştahının olmadığını” bildirib. O, bu barədə Punchbowl portalına müsahibəsində bildirib.“Əgər [ABŞ Prezidenti Donald] Tramp qalib gəlsə, inanıram ki, o, həqiqətən də münaqişəyə son qoya bilər. Düşünürəm ki, o, [Rusiya lideri Vladimir] Putinə zəng edəcək və deyəcək ki, bəsdir”, - siyasətçi bildirib.
Conson respublikaçı namizədin qalib gələcəyinə inandığını və gözlədiyini də vurğulayıb. Onun sözlərinə görə, Demokratların namizədi Kamala Harris uğur qazansa, Ukraynada münaqişə həll olunmayacaq.
Bundan əvvəl Conson Ukrayna prezidenti Vladimir Zelenskidən ölkənin ABŞ-dakı səfiri Oksana Markarovanı seçkilərə Harrisin tərəfində müdaxilə etməkdə günahlandıraraq istefaya göndərməsini tələb edib. Ukrayna rəhbərinə müraciətə səbəb Zelenskinin səfirin təşkil etdiyi Pensilvaniya səfəri olub və bu səfər zamanı onu bir dənə də olsun respublikaçı deyil, yalnız demokratların nümayəndələri müşayiət edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024