Mobil versiya
Azərbaycanda səmada maraqlı hadisə: Ən yaxşı vaxt açıqlandı
Tarix: 01-10-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

Azərbaycanda səmada maraqlı hadisə: Ən yaxşı vaxt açıqlandı



Oktyabrın 6-dan 10-dək Azərbaycandan Drakonid meteor yağışını müşahidə etmək mümkün olacaq. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, hadisənin maksimum aktivliyi oktyabrın 9-da saat 23:00 radələrində gözlənilir.

Proqnoza əsasən, həmin vaxt saatda təxminən 5 meteor görmək mümkün ola bilər. Drakonidlər digər meteor yağışlarından fərqli olaraq axşam və gecənin ilk yarısında daha əlverişli müşahidə edilir.

2026-cı ildə maksimum aktivliyin Bakı vaxtı ilə gecənin münasib saatına təsadüf etməsi Azərbaycan üçün əlverişli şərait yaradır. Ay işığının maneə yaratmaması da meteorların görünməsini asanlaşdıra bilər.

Meteor yağışını izləmək üçün teleskop və ya binokla ehtiyac yoxdur. Şəhər işıqlarından uzaq, səmanın açıq və qaranlıq olduğu ərazidə adi gözlə müşahidə etmək kifayətdir.

Drakonidlər bəzi illərdə güclü meteor fırtınaları yaratsa da, 2026-cı ildə belə yüksək aktivlik proqnozlaşdırılmır. Buna baxmayaraq, hava şəraiti imkan verərsə, oktyabrın 9-u gecəsi səmanı izləyənlər maraqlı astronomik hadisənin şahidi ola bilərlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2026