Mobil versiya
Ermənistan hərbi büdcəni böyüdür: Orduya 1,7 milyard dollar ayrılacaq
Tarix: 01-10-2026 | Saat: 21:41
Bölmə:Özəl | çapa göndər

Ermənistan hərbi büdcəni böyüdür: Orduya 1,7 milyard dollar ayrılacaq




Ermənistan 2027-ci ildə müdafiə xərclərini artırmağı planlaşdırır. Dövlət büdcəsi layihəsinə əsasən, hərbi sahəyə ayrılan vəsaitin 563 milyard dramdan 616,5 milyard drama çatdırılması nəzərdə tutulur. Bu, təxminən 1,7 milyard dollara bərabərdir.

Planlaşdırılan məbləğin təxminən 613 milyard dramının birbaşa ölkənin müdafiə imkanlarının gücləndirilməsinə yönəldiləcəyi bildirilir.

Vəsait şəxsi heyətin saxlanılması, yeni silah və sursatların alınması, hərbi texnika və rabitə sistemlərinin modernləşdirilməsi, eləcə də ordunun maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub.

Beləliklə, büdcə layihəsindəki rəqəmlər təsdiqlənərsə, Ermənistanın 2027-ci il hərbi xərcləri əvvəlki göstəricidən 53,5 milyard dram çox olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2026