Mobil versiya
"Bayden iqtisadiyyatı çökdürüb" - Tramp
Tarix: 01-10-2026 | Saat: 18:03
Bölmə:Dünya | çapa göndər

"Bayden iqtisadiyyatı çökdürüb" -

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin "ölkəni məhv etdiyini" bildirib.

aia.az xəbər verir ki, o, bunu "Time" jurnalına verdiyi müsahibəsində deyib.

"Bayden sadəcə ölkəmizi məhv etdi. Tarixdə ən yüksək inflyasiya onun əlində idi", - Tramp ifadə edib.

Onun sözlərinə görə, dövlət borcunun azalmasının qarşısını alan səbəblərdən biri Federal Ehtiyat Sisteminin yüksək faiz dərəcələridir.

Tramp həmçinin iqtisadi artım yolu ilə borc yükünü azaltmağı gözlədiyini bildirib.

"Bunu etməyə davam etsələr, borcu necə ödəyə bilərlər? Amma bunu etməyin başqa yolları da var. Bir yol iqtisadi artımdır", - deyə ABŞ prezidenti bildirib.

O, həmçinin Fed rəhbərliyini yenidən tənqid edərək, onun faiz dərəcəsi siyasətindən narazı olduğunu bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2026