Azər Məmmədov: “Cəbrayılın azad olunması Azərbaycanın hərb tarixinə ən parlaq qələbələrdən biri kimi düşüb”
Tarix: 04-10-2024 | Saat: 10:00
Bölmə:Özəl | çapa göndər
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncama əsasən, bundan sonra 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq. Bununla bağlı ölkəmizdə gedən müəyyən prosesləri, eləcə də Cəbrayılın işğaldan azad edilməsinin strateji əhəmiyyət kəsb edən cəhətlərini aia.az saytının baş redaktoru Azər Məmmədov şərh edib.
Media təmsilçisi öz şərhində qeyd edir ki, 2020-ci ilin oktyabr ayının 4-ü Azərbaycan tarixində ən şərəfli günlərdən biri kimi əbədi qalacaq: “Cəbrayıl rayonu 27 il Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılıb. Bu müddət ərzində rayonun bütün infrastrukturu dağıdılmaqla yanaşı, tarixi-mədəni abidələri də erməni vandalları tərəfindən dağıdılmış, talan edilmişdir. İşğal illərində Cəbrayılın təbii sərvətləri talan edilmiş, rayona milyardlarla manat məbləğində maddi ziyan vurulmuşdur. Lakin bütün bu vəhşiliklərə 2020-ci ilin oktyabr ayının 4-ü son qoyuldu. Həmin gün Azərbaycan tarixində ən şərəfli günlərdən biri kimi əbədi qalacaq. Çünki məhz bu tarixdə əldə olunmuş Qələbənin, Cəbrrayılın işğaldan azad edilməsinin Vətən müharibəsinin sonrakı gedişi üçün çox böyük əhəmiyyəti var idi. Dünya hərb sənətinin tarixində çox az-az rast gəlinən haldır ki, müharibənin ilk günündə yaşayış məskənləri işğaldan azad edilir. Şanlı Azərbaycan ordusu Cəbrayılın iki kəndini – Böyük Mərcanlı və Nüzgar kəndlərini məhz Vətən müharibəsinin başlandığı gün, sentyabrın 27-də işğalçılardan təmizləmişdi. Oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi işğalçdan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi. Oktyabrın 4-də isə Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü.”
Azər Məmmədovun təhlilində maraq doğuran əsas məqamlardan biri də budur ki, baş redaktor dövlət başçısının işğaldan azad edilmiş bölgələrə səfərlərini bu ərazilərdə aparılan işlərin ən yüksək səviyyədə həyata keçirilməsi baxımından güclü stimul rolunu oynadığını xüsusilə diqqət mərkəzinə çəkir: “Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən cəmi 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Cənab Ali Baş Komandan Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Həmçinin dövlət başçısı 2021-ci ilin oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub. Həmin səfər çərçivəsində cənab Prezident Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoymuşdu. Sonra Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoymuşdu. Ölkə Prezidentinin işğaldan azad edilmiş bölgələrə hər bir səfəri bu ərazilərdə görülən işlərin ən yüksək səviyyədə həyata keçirilməsi baxımından güclü stimul rolunu oynayır və bu işlərin birbaşa dövlətimizin xüsusi diqqətində saxlandığını göstərir. Sondan bir məqamı da xüsusi qeyd etmək istərdim ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. Bu sərəncamlar əlbəttə ki, Vətən müharibəsinin bütün iştirakçılarına göstərilən ali diqqətin daha bir təzahürüdür”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024