Xalq-iqtidar birliyi
Tarix: 04-10-2024 | Saat: 14:59
Bölmə:Özəl | çapa göndər
Hər kəsə məlumdur ki, 2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Öz yurd-yuvasından məcburi şəkildə qovulmuş azərbaycanlılar artıq öz torpaqlarına qayıdırlar. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Bu, bizim böyük dəyərimizdir. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi.
Cari ilin 30 sentyabr tarixi Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı, ölkə Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı və çıxışı ilə əlamətdar oldu. Qeyd edək ki, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.Ölkə Prezidenti İlham Əliyev bildirdi ki, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, Aşıq Ələsgər yalnız bir aşıq deyil, o, həm də Azərbaycan xalqının mənəvi dirçəlişini, torpaq və Vətən sevgisini təcəssüm etdirən simvol olmuşdur. Onun yaradıcılığı milli kimliyimizin ayrılmaz hissəsidir və bu mədəni irsin qorunması Azərbaycan dövləti üçün prioritet məsələdir. Dövlət başçısı çıxışında xüsusi olaraq qeyd etdi ki, Aşıq Ələsgərin poeziyası xalqımızın çətin günlərində, xüsusilə erməni təcavüzü və deportasiya dövrlərində millətimizə mənəvi dəstək olmuşdur. Onun əsərlərində ifadə olunan Vətən sevgisi və xalqına bağlılıq ruhu bugünkü nəsillər üçün də böyük nümunədir. Prezident qeyd etdi ki, Aşıq Ələsgər xalqın yaddaşında həmişə yaşayan və Azərbaycan mədəniyyətinin əbədiləşməsinə xidmət edən bir şəxsiyyətdir.
Bu gün azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük, nə qədər vətənpərvər xalqdır. 30 ilin əziyyəti, əzabları xalqımızı sındırmadı. II Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda böyük şücaət göstərdilər. Gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibədə qalib gələ bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri önə doğru göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi.Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir. Xalq-iqtidar birliyindən söz açan ölkə başçısı bildirdi ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz.Nikbinlik hisslərinə toxunan ölkə rəhbəri qeyd etdi ki, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir.
Cənab İlham Əliyev çıxışının sonunda zamanı gəldiyində Azərbaycan xalqının Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini yenidən bərpa edərək, doğma Ağkilsə kəndində onun xatirəsinə oxşar mərasim keçirəcəyinə əmin olduğunu bildirdi. İnanırıq ki, Aşıq Ələsgərin abidəsinin açılışı təkcə onun xatirəsinə olan dərin hörmətin ifadəsi deyil, həm də bütün Azərbaycan xalqını bir amal uğrunda birləşdirən yeni bir dövrün başlanğıcı kimi yaddaşlarda qalacaqdır.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-12-2024
30-11-2024
29-11-2024