Mobil versiya
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi
Tarix: 04-10-2024 | Saat: 10:04
Bölmə:Özəl | çapa göndər

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi

44 günlük Vətən müharibəsinin tarixi Zəfərlə sonlanması təqvimə yeni tarixi günlər bəxş edib. Bunlardan biri də 4 oktyabr – Cəbrayıl şəhəri günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olunub.

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir.  
Cəbrayıl 1993-cü il avqustun 23-də işğal olunmuşdu, 1 şəhər, 4 qəsəbə, 92 kənd Ermənistan silahlı birləşmələrinin vandallığına məruz qalmışdı. Cəbrayıl erməni vandalizmindən ən çox zərər görən rayondur. 
Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu 2016-cı ilin aprelində də Ermənistanın hücumunun qarşısını aldı, əks-hücumla 2000 hektar sahəni işğaldan azad etdi. Bu sıradan Lələtəpə kimi strateji yüksəklik də işğaldan azad olundu.

İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonu uğrunda da ağır döyüşlər getdi, düşmən bu istiqamətlərdə də ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun hissələri qətiyyəti ilə bu sədləri də darmadağın etdi. Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın işğaldan azad olunmasına görə” medalı təsis olub.
Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı dövlətçilik baxımından olduqca əhəmiyyətlidir. Bu ərazidə belə bir təsisatın yaradılması azərbaycanın sərhədlərinin qətiyyətlə qorunacağın zəmanətidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri quruculuq işlərinin gedişinə, gedişin məsuliyyətinə hesablanır. Bu səfərlər təkcə quruculuqla məhdudlaşmır, həm də əhəmiyyətli siyasi çalarları ilə seçilir.

Prezident İlham Əliyev Cəbrayıl rayonu işğaldan azad olunduqdan sonra bura dəfələrlə səfər edib. Dövlətimizin başçısı Cəbrayıl rayonuna hər səfərində yeni-yeni idarə və sosial obyektlərin açılışında iştirak edib. Artıq Cəbrayılda həyat yenidən canlanır. Təsadüfi deyil ki, “Böyük qayıdış” elə məhz Cəbrayıldan başlamışdır.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2024