Mobil versiya
Metroda insident: daha bir sərnişin qatarın altına düşdü
Tarix: 03-10-2024 | Saat: 20:22
Bölmə:Ölkə | çapa göndər

Metroda insident: daha bir sərnişin qatarın altına düşdü

Bu gün 19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb.

aia.az xəbər verir ki, bu barədə Bakı Metropolitenindən bildirilib.


Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb.


Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.


Qeyd edək ki, bu gün 28 May stansiyasında da sərnişin qatarın altına düşərək həyatını itirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2024