Mobil versiya
CƏNAB ZAKİR FƏRƏCOVUN GƏLİŞİ KİMLƏRİN GEDİŞİNİ LABÜD EDİR
Tarix: 15-09-2015 | Saat: 11:03
Bölmə:Təhsil / Manşet / Karusel | çapa göndər



ŞƏHƏR TƏHSİL İCTİMAİYYƏTİNDƏ “KÜRKÜNƏ BİRƏ DÜŞƏN” VAR

Cənab Zakir Fərəcovun Sumqayıt İcra Hakimiyyətinə başçı vəzifəsinə təyin olunması tərəqqipərvər şəhər ictimaiyyətini sevindirmişdir. Daha çox sevinən isə vicdanlı təhsil işçiləri olmuşdur. Bunun bir səbəbi də şəhər təhsil idarəsinin fəaliyyəti heç də təqdirəlayiq olmayan rəhbərinin vəzifədən alınmasının təxminən eyni vaxta təsadüf etməsidir. Təhsilin inkişafında, yetişməkdə olan nəslin savada yiyələnməsində həqiqətən maraqlı olan qabaqcıl müəllimlər bu son kadr dəyişikliklərindən məmnundurlar.

Amma yeni təyinatlardan canına üşüütmə düşənlər də var. Götürək elə Evdə Fərdi Tədris Məktəbinin direktoru Adıgözəlov Mehman müəllimi. Direktorun gördüyü iş heç də onun adı kimi gözəl deyil. Rəhbərlik etdiyi müəssisədə fəaliyyət demək olar ki, yalnız kağız üzərindədir. Burada guya 300-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 80-ə yaxın müəllim məşğul olur. Həm də şagirdlər əlil və xəstə olduqları üçün müəllimlər onlarla ünvanlarına gedib məşğul olurlar. Bu proses şəffaf olmadığı, yəni göz önündə baş vermədiyi üçün qaranlıq tərəfi çoxdur, korruptiv məqamlarla doludur. Çünki bir çox valideynlər nəhayətdə uşaqları üçümn alacaqları şəhadətnamə ilə kifayətləndiklərindən, müəllimlərin hər gün onarın evlərinə gəlməklərində israrlı olmurlar. Beləliklə də müəllimlərin iş görməyə-görməyə də dövlətdən məvacib almalarına şərait yaranır. Onu da qeyd etməyə dəyər ki, bu sistemdə ekstremallıq nəzərə alınaraq dərs saatlarının maaş stavkaları da normaldan yüksəkdir.Amma əlbəttə ki, Adıgözəlov kimi direktor belə müftəxorluğa göz yuma bilməz. Ya həmin oğurluq pulu tək özü yeyər. Ya da müəllimlər üçün ən yaxşı halda zəhmətsiz qazanclarına şərik çıxar.

Elə də eləyir Mehman müəllim. O hətta bir az da uzağa gedərək, fərdi tədris müəllimlərinin maaş kartlarını öz cibində saxlayır. Doğrudur, qeyri-qanuni işə götürdüyü qohum-əqrəbaları, yaxın adamları buna bir söz demirlər. Di gəl, digər müəllimlər. Eləcə də valideynlər artıq bu korrupsiya hüquqpozmalarının bütün çərçivələri aşdığını görüb ciddi şəkildə narahat olmağa başlayıblar və onların narazılıq ifadələri Şəhər İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin dəhlizlərində dolaşmaqdadır. Narahat olmağa isə çox ciddi əsas var. Axı nəticədə itirən onların övladları, gələcək nəsil olacaq.
Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024