Mobil versiya
Birləşmiş Ştatlar Tayvana yüksək qiymətlərlə silah tədarük edib
Tarix: 03-10-2024 | Saat: 13:39
Bölmə:Özəl | çapa göndər

Birləşmiş Ştatlar Tayvana yüksək qiymətlərlə silah tədarük edib
Amerikanın müdafiə konserni RTX (əvvəllər Raytheon Technologies kimi tanınır) Tayvanı silah və xidmətlərlə təmin edərkən qiymətləri qəsdən şişirdib. Bu barədə Tayvanın Lianhe Xinwenwan informasiya portalı məlumat yayıb.Bu ilin iyun ayında Bloomberg xəbər vermişdi ki, ABŞ hökuməti raket silahları və tədarük edilən xidmətlərin mümkün şişirdilmiş qiymətləri səbəbindən RTX ilə bağlı araşdırmaya başlayıb. “The Wall Street Journal”ın məlumatına görə, müdafiə şirkəti sonradan pozuntuları etiraf edib və səlahiyyətlilərlə razılığa gəldikdən sonra 1,24 milyard dollar ödəyib.
Portalın qeyd etdiyi kimi, RTX 2013-cü ildə Tayvana Patriot zenit-raket kompleksləri və 2017-ci ildə radarları tədarük edərkən qiymətləri şişirtmiş ola bilər. Adanın müdafiə departamenti bu məlumatı dolayı yolla təsdiqləyərək, ABŞ səlahiyyətlilərinin adı açıqlanmayan müdafiə podratçısı ilə bağlı araşdırma apardığını göstərir.
Tayvan müdafiə nazirliyinin bəyanatında deyilir: “İndiyə qədər ABŞ Ədliyyə Nazirliyi şirkətlə artıq razılığa gəlib və onun əsassız olaraq qazandığı vəsaiti tam şəkildə bizə qaytaracaq”.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2024