Ana Sayfa > Dünya > Binəli Yıldırım:
Binəli Yıldırım:3-10-2024, 12:41. Yazar: sevinc1 |
Türk dövlətləri gələcəyə daha inamla irəliləyir. aia.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı “X” hesabında yazıb. O, Türk dövlətlərini təbrik edib: “Türk dövlətləri iqtisadiyyatdan infrastruktura, turizmdən gənclik və idmana qədər bir çox sahədə ortaq dil, mədəni və tarixi dəyərlərə malikdir”. Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - oktyabrın 3-ü Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır. aia.az Geri dön |