Mobil versiya
Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Tarix: 05-10-2026 | Saat: 17:33
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda iti pəncərədən atan şəxsə -

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub.

Qeyd edək ki, yayılan videoda itin hündürmərtəbəli binadan yerə atılması əks olunub.

Binanın giriş hissəsinin üstünə düşən heyvanın öldüyü bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2026