Mobil versiya
Ər-Riyadda kritik toplantı: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə planını müzakirə edəcək
Tarix: 05-10-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

Ər-Riyadda kritik toplantı: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə planını müzakirə edəcək


Məkkə sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti toplantısının Ər-Riyadda keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraqdaroğlu ilə yanaşı, Pakistan və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmiləri iştirak edəcəklər.

Toplantının əsas mövzuları regiondakı son proseslər, üç ölkə arasında müdafiə əməkdaşlığının gələcəyi və ittifaqın institusional strukturunun formalaşdırılması istiqamətində görülən işlər olacaq.

Məkkədə imzalanmış kollektiv müdafiə sazişinin əsas müddəalarından birinə görə, iştirakçı dövlətlərdən birinə edilən hücum tərəflərin ümumi təhlükəsizliyinə yönəlmiş təhdid kimi qiymətləndirilir.

Ər-Riyad toplantısı bu baxımdan sazişin kağız üzərindəki öhdəliklərdən praktik müdafiə mexanizmlərinə necə keçəcəyinin müəyyənləşdirilməsi baxımından diqqət mərkəzində olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2026