Rusiya Zəngəzura girir – Kremldən HƏMLƏ
Tarix: 05-10-2026 | Saat: 19:15
Bölmə:Dünya | çapa göndər

Moskva Ermənistanın dəmir yollarının Arazdəyəndən Naxçıvan sərhədinə və Gümrüdən Türkiyə sərhədinə qədər olan iki hissəsinin bərpası təklifinə İrəvandan cavab gözləyir.
Musavat.com xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə deyib.
"Biz, digər məsələlərlə yanaşı, Ermənistan dəmir yollarının iki kiçik hissəsinin tikintisi və bərpasını müzakirə etdik. Biz bu iki hissənin bərpasını dəstəklədiyimizi və bu məsələdə, xüsusən də Arazdəyəndən Naxçıvana və Gümrüdən Türkiyə sərhədinə qədər nəqliyyat əlaqəsinin təmin edilməsi baxımından Ermənistana kömək etməyə hazır olduğumuzu vurğuladıq", - Overçuk bildirib.
O qeyd edib ki, bu qərarlar yanvar ayında prezidentlər səviyyəsində qəbul edilib:
"Biz Ermənistan tərəfinin buna necə reaksiya verəcəyini gözləyirik. Amma düşünürəm ki, yaxın gələcəkdə bu məsələni irəli aparacaq çox vacib görüşlər keçirilməlidir".
Qeyd edək ki, bu, Overçukun Ermənistan dəmiryollarına dair Moskvanın təklifinə dair ikinci açıqlamasıdır. Bu ilin yanvarında da o, Rusiyanın Ermənistan dəmiryollarının iki mühüm əhəmiyyətli hissəsini - Arazdəyəndən Naxçıvan sərhədinə və Gümrüdən Türkiyə sərhədinə qədər olan hissələri dərpa etməklə bağlı İrəvana təklif göndərdiyini və cavab gözlədiyini açıqlamışdı. Ötən müddət ərzində Ermənistan Baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalar, səsləndirdiyi fikirlər göstərir ki, təklif İrəvan üçün qəbulolunan deyil. Belə ki, fevral ayında Paşinyan Rusiyanın Ermənistan dəmir yollarının güzəştli idarəetmə hüquqlarını hər iki ölkəyə dost olan üçüncü tərəfə satmağı nəzərdən keçirməsini təklif edib. Mümkün namizədlər barədə suala cavab olaraq baş nazir hələlik konkret qərar qəbul edilmədiyini, lakin Qazaxıstan, BƏƏ, Qətər və ya başqa bir ölkənin nəzərdən keçirilə biləcəyini qeyd edib. Bundan əvvəl – 2025-ci ilin dekabrında o, Rusiya təmir işlərini üzərinə götürməsə, hər iki hissəni konsessiya müqaviləsinin təsir dairəsindən çıxarmaq üçün hüquqi prosedurları başladacağını elan etmişdi. Məhz bu açıqlamadan sonra Rusiya tələsik təklif hazırlayıb İrəvana təqdim etdi və sonrakı hadisələr göstərir ki, təklif heç də Paşinyanı qane etmir.
Avqust ayında Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı Rusiyadan Ermənistan Dəmir yollarının idarəetməsindən könüllü çəkilməsini tələb etdi. Baş nazir bunu Rusiya idarəetməsində dəmiryollarının beynəlxalq dəmiryollarına inteqrasiyasının mümkün olmaması ilə əsaslandırdı: "Rusiyalı tərəfdaşlarımızdan elastiklik nümayiş etdirmələrini və konsessiya hüquqlarını həm Ermənistan, həm də Rusiya üçün məqbul olan üçüncü bir ölkəyə satmalarını xahiş edirik. Dəmir yolu Ermənistanın mülkiyyətidir və Rusiya Dəmir Yolları tərəfindən yalnız idarə olunur. Biz Rusiyaya və onun maraqlarına hörmətlə yanaşırıq, lakin Ermənistan Dəmir Yollarının Rusiyanın nəzarəti altında olduğunu nəzərə alsaq, indi Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək üçün bu tarixi fürsəti əldən vermək riski ilə üzləşirik. Bu tarixi fürsəti əldən verə bilmərik. TRIPP heç bir xarici hərbi və ya silahlı mövcudluğu nəzərdə tutmur".
Daha sonra Paşinyan Rusiyaya konsessiya hüququndan geri çəkilməsi müqabilində pul ödəməyi təklif etdi. Onun fikrincə, Rusiya dəmir yoluna konsesiya hüquqlarını Ermənistana təxminən 400 milyon dollara sata bilər: "Biz Rusiya ilə açıq danışırıq, heç nəyi gizlətmirik və dəmir yolu məsələsində anlaşma yaratmaq istəyirik. Mənim qiymətləndirməm budur ki, bu gün bu konsesiya hüququnu təxminən 400 milyon dollara satmaq imkanı var. Düşünürəm ki, bu, yaxşı fürsətdir".
Onun sözlərinə görə, Ermənistan Rusiyanın maraqlarına böyük hörmətlə yanaşır:
"Amma başqa ölkənin maraqlarını öz maraqlarımızdan üstün tutmaq məntiqsizdir. Və biz sizdən xahiş edirik, sizi də bu yolu tutmağa çağırırıq".
Xüsusilə qeyd etməyə dəyər ki, Ermənistan Dəmir Yolları Rusiyaya məxsus deyil. Onlar Ermənistan dövlətinə məxsusdur.
Lakin 2008-ci ildə dəmir yolu sistemi Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yollarının(CQDY) konsessiya idarəçiliyinə verilib. Konsessiya müqaviləsi 30 il müddətinə, uzadılma ehtimalı ilə imzalanıb.
Başqa sözlə, Rusiya Ermənistan dəmir yollarının mülkiyyətini əldə etməyib. Rusiya şirkəti infrastrukturu idarə etmək, ona texniki xidmət göstərmək, sərnişin və yük daşımaq hüququnu əldə edib və həmçinin şəbəkənin inkişafına investisiya qoymalıdır.
Müqavilənin İrəvan üçün iqtisadi baxımdan əlverişli olmadığı CQDY-nin Ermənistan hökumətinə ödədiyi konsessiya haqqından açıq görünür. Belə ki, 2025-ci il üçün Rusiya şirkəti İrəvan büdcəsinə cəmi 312 milyon dram və ya təxminən 850.000 dollar konsessiya haqqı ödəyib. Bu, bütöv bir ölkənin dəmiryol şəbəkəsi üçün çox aşağı bir məbləğdir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iddia edir ki, son 20 ildə Ermənistan dəmir yollarına 30 milyard rubldan çox investisiya qoyublar. Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, müqavilə imzalandıqdan sonra Rusiya Ermənistan dəmir yolu sisteminin 1200-dən çox güzəştli daşınmaz əmlak aktivi və 12500-dən çox daşınar aktivi üçün məsuliyyəti öz üzərinə götürüb.
Dəmiryolları ilə bağlı məsələ Rusiyanın ABŞ-ın Cənubi Qafqaza "bağlanmasına" qarşı ən əsas silahlarından biridir. Buna görə də Moskvanın konsessiya hüququndan rahatlıqla imtina etməsini gözləməyə dəyməz. İrəvan isə artıq məsələni beynəlxalq məhkəmələrdə həll etmək variantını gündəmə gətirir. Paşinyan hökuməti iki mühüm hissənin konsessiya hüququ müqaviləsinin təsir dairəsindən çıxarılması üçün Beynəlxalq Arbirtraja üz tutmaq versiyasını getdikcə daha tez-tez səsləndirməkdədir. Lakin bu, uzun illər vaxt aparacaq bir yol olacaq. Hansı ki, həmin müddətdə Ermənistanın yolları bərpa etməsinə belə icazə verilməyə bilər.
Hər bir halda, bu ilin sonunadək İrəvanın dəmoryolları ilə bağlı vəziyyətə aydınlıq gətirməyə nail olması vacibdir: Amerikalı investorlar real addımlar gözləyirlər...
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-10-2026