Mobil versiya
3 oktyabr 1993-cü il – ölkəmizin tarixində dönüş günü
Tarix: 03-10-2024 | Saat: 10:48
Bölmə:Özəl | çapa göndər

3 oktyabr 1993-cü il – ölkəmizin tarixində dönüş günü

Azərbaycan dövlətinin və xalqının taleyində olduqca əlamətdar hadisələrdən biri - 1993-cü ilin oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq prezident seçilməsindən 31 il ötür.
Böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edərək, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O zaman Ümummilli Lider andiçmə mərasimindəki nitqində bildirmişdi: «Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.»

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Elm və Təhsil Nazirliyi Fizika İnstititunun baş meneceri Xanlar Xanlarov deyib.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan zaman Azərbaycanın bu çətinlikləri arxada qoyacağını, hər kəsin belə qüdrətli, güclü dövlətin vətəndaşı olması ilə fəxr edəcəyini bildirmişdi. Ulu Öndər Heydər Əliyevin 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində səsləndirdiyi bu vədini bir daha yada salıb: «Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.»

1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatların həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycanı Respublikasının istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında Qurucu və Xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb və qalacaq. Ümummilli Liderin bu müdrik kəlamları Azərbaycanın bu gününə və sabahına nur saçan qətiyyətli fikirlərdir: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam.»

aia.az
Bayram Xudayarov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2024