Mobil versiya
Sürücülərə XƏBƏRDARLIQ
Tarix: 13-12-2016 | Saat: 18:25
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Sürücülərə XƏBƏRDARLIQ




Yol polisi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib.

Milli.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunub. Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.

-----------

17:28

"Dekabrın 14 və 15-də gözlənilən hava şəraiti ilə əlaqədar olaraq "Azəravtoyol" ASC balansında olan avtomobil yollarında hərəkətin fasiləsiz təşkili üçün gücləndirilmiş iş rejimində çalışacaq".

Milli. Az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, yolların qardan və buzdan təmizlənməsi üçün bütün texnika, maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, kifayət qədər duz və qum ehtiyatı toplanıb: "Bakı şəhərində balansda olan yollarda, küçə və prospektlərdə, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollarda xidmət aparmaq üçün öncədən maşın-mexanizmlər əraziyə çıxarılacaq. Anoloji addımlar respublikanın avtomobil yollarında da atılacaq".

A.Nəcəfli qeyd edib ki, atılacaq qabaqlayıcı addımlara baxmayaraq, sürücülərin də bu cür hava şəraitinə hazır olması şərtdir: "Onlardan xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusi ilə yay şinlər ilə (4 mövsüm) təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar. Çünki həmin avtomobillərin hərəkətində problemlərin olması qaçılmazdır. Üstəlik, onlar digər avtonəqliyyat vasitələri üçün də maneə törədərək yollarda sıxlığın və tıxacın yaranmasına gətirib çıxaracaqlar. Belə olduqda isə yollarda yaranan sıxlıq və tıxac səbəbindən qar təmizləyən və duz-qum qarışığı səpən texnikaların da yollarda hərəkətində problemlər yaşanır. Nəticədə yolların vaxtında təmizlənərək hərəkətin fasiləsizliyini təmin etmək mümkün olmur.

Hər bir halda az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyə olunmur.

Bundan başqa respublikanın avtomobil yollarının, xüsusən dağlıq ərazilərdə enişli-yoxuşlu sahələrin və sərt döngələrin kənarlarına öncədən duz-qum qarışığından ibarət ehtiyyatlar toplanıb. Qeyri-sabit hava şəraitində idarə etdiyi avtomobilinin hərəkətinin çətinləşdiyini görən sürücülər, xüsusi maşın-mexanizmin əraziyə cəlb olunmasını gözləmədən sözügedən ehtiyyatlardan istifadə etməklə yollarına davam edə bilərlər".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 14-2 və 15-də respublikada hava şəraitinin qeyri-sabit keçəcəyi, Bakıda və bölgələrdə güclü şimal-qərb küləyinin əsəcəyi, yağış yağacağı, axşam sulu qara, qara keçəcəyi, çovğun olacağı, yolların buz bağlayacağı ehtimal edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024