Qüdrətli Azərbaycan dövlətinin təməli
Saat:  14:55
Qüdrətli Azərbaycan dövlətinin təməli

1993-cü il  oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanda yeni bir dövrün başlanğıc tarixidir. Başqa cür desək, həmin gün Azərbaycanda qüdrətli dövlətçiliyin və inkişafın təməlinin qoyulduğu gündür. Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı.
Heydər Əliyev 1993-cü il sentyabrın 29-da növbədənkənar prezident seçkiləri ərəfəsində öz proqramını belə bəyan etdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur". Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu.Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarlanmasına – müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı.Azərbaycan xalqına etdiyi müraciətdə Heydər Əliyev demişdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib". Bəli, Ulu Öndər doğma xalqına arxalandığı kimi, Azərbaycan xalqı da dahi rəhbərin geniş və hərtərəfli fəaliyyəti sayəsində güclü və müstəqil dövlətin inkişafına nail oldu. Ulu öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Ümummilli lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi.
Heydər Əliyev bütün dünyada tanınan və dünya ölkələrinin rəhbərləri tərəfindən yüksək qiymətləndirilən, ümumdünya əhəmiyyətli bəşəri şəxsiyyət və dahi rəhbərdir. Heydər Əliyevin diplomatik məharəti, vətəndaş cəsarəti, siyasi hazırlığı, müdrik rəhbərliyi, rəhbərlik qətiyyəti, prinsipial mövqeyi, uzaqgörən siyasəti, diplomatik təcrübəsi, polad iradəsi, prezident məsuliyyəti və digər yüksək rəhbərlik keyfiyyətləri müstəqil Azərbaycanın qorunmasında, inkişaf etməsində və möhkəmlənməsində müstəsna dərəcədə böyük rol oynamışdır. Bu gün müstəqil Azərbaycanın modern inkişafında Ulu Öndərin xidmətləri çox böyükdür.Prezident İlham Əliyevin dediyi kimi, bu gün Heydər Əliyev siyasəti uğurla davam və inkişaf edir.

Rustam Hüseynov,
Gədəbəy “32 Nömrəli Yol İstismarı” MMC – Ərazi partiya təşkilatının sədri

Məlumatlanmaq üçün Facebook səhifəmizi




Xəbəri paylaş
DİGƏR XƏBƏRLƏR
  • İraq PKK terror təşkilatının “silahsızlaşdırma” prosesini dəstəkləyir
    İraq PKK terror təşkilatının “silahsızlaşdırma” prosesini dəstəkləyir
    11 iyul 2025 22:48
  • İlin ilk beş ayında Türkiyəyə 4 milyard 727 milyon dollar beynəlxalq birbaşa investisiya qoyulub
    İlin ilk beş ayında Türkiyəyə 4 milyard 727 milyon dollar beynəlxalq birbaşa investisiya qoyulub
    11 iyul 2025 22:45
  • Junge Welt: Avropa İttifaqı itirilmiş ərazilərin Kiyevə qaytarılmasından xeyir görmür
    Junge Welt: Avropa İttifaqı itirilmiş ərazilərin Kiyevə qaytarılmasından xeyir görmür
    11 iyul 2025 22:43
  • AK Slovakiyaya anti-Rusiya sanksiyalarına vetonun ləğvi üçün zəmanət verməyə hazırdır
    AK Slovakiyaya anti-Rusiya sanksiyalarına vetonun ləğvi üçün zəmanət verməyə hazırdır
    11 iyul 2025 22:30
  • Balans: Aleşkidə onlarla insan dağıntılar altındadır
    Balans: Aleşkidə onlarla insan dağıntılar altındadır
    11 iyul 2025 22:28
  • Şahzadə Uilyamın 12 yaşlı oğluna atası ilə səyahətə qadağa qoyulacaq
    Şahzadə Uilyamın 12 yaşlı oğluna atası ilə səyahətə qadağa qoyulacaq
    11 iyul 2025 21:37
  • Tramp: NATO vasitəsilə Ukraynaya silah göndərəcəyik
    Tramp: NATO vasitəsilə Ukraynaya silah göndərəcəyik
    11 iyul 2025 20:54
  • "Nüvə zərbəsi": Britaniya Putinin Ukraynadakı qəti addımından danışır
    "Nüvə zərbəsi": Britaniya Putinin Ukraynadakı qəti addımından danışır
    11 iyul 2025 20:52
  • Anadolu Hisarı Namazxanasının tarixi irsi köhnə günlərinə qayıdır
    Anadolu Hisarı Namazxanasının tarixi irsi köhnə günlərinə qayıdır
    11 iyul 2025 20:42
  • 13 ölkədə 150-yə qədər tədbir - Gürcüstan öz şərabını tanıtmaq üçün nə edir
    13 ölkədə 150-yə qədər tədbir - Gürcüstan öz şərabını tanıtmaq üçün nə edir
    11 iyul 2025 20:36
  • Milli Məclisin sədri Sahibə Qafarova Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib
    Milli Məclisin sədri Sahibə Qafarova Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib -Fotolar
    11 iyul 2025 20:34
  • Politoloq bildirib ki, Zelenski BƏƏ, Fransa, Misir və ABŞ-da daşınmaz əmlak alıb
    Politoloq bildirib ki, Zelenski BƏƏ, Fransa, Misir və ABŞ-da daşınmaz əmlak alıb
    11 iyul 2025 19:57
  • Orban: Ukraynanın Aİ-yə daxil olması hərbi əməliyyatların idxalı deməkdir
    Orban: Ukraynanın Aİ-yə daxil olması hərbi əməliyyatların idxalı deməkdir
    11 iyul 2025 19:55
  • Ekspertlərin fikrincə, ABŞ Afrika ilə münasibətlərində yeni strategiyanın hazırlanması prosesinə daxil olub.
    Ekspertlərin fikrincə, ABŞ Afrika ilə münasibətlərində yeni strategiyanın hazırlanması prosesinə daxil olub.
    11 iyul 2025 19:47
  • Almanya, ABD'den daha fazla F-35 savaş uçağı satın almayı planlıyor
    Almanya, ABD'den daha fazla F-35 savaş uçağı satın almayı planlıyor
    11 iyul 2025 19:31
  • Dünya əhalisinin sayı 8 milyardı ötdükcə, doğum səviyyəsinin aşağı düşməsi qlobal böhrana çevrilir
    Dünya əhalisinin sayı 8 milyardı ötdükcə, doğum səviyyəsinin aşağı düşməsi qlobal böhrana çevrilir
    11 iyul 2025 19:28
  • Aİ-nin əhalisi 450 milyonu ötüb
    Aİ-nin əhalisi 450 milyonu ötüb
    11 iyul 2025 19:24
  • Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnalın baş redaktoru saxlanılıb
    Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnalın baş redaktoru saxlanılıb
    11 iyul 2025 19:22
  • İranda silahlı insident -
    İranda silahlı insident - 3 polis həlak oldu
    11 iyul 2025 18:00
  • Qazinin arvadının binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıldı
    Qazinin arvadının binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıldı
    11 iyul 2025 17:50
  • ABŞ Dövlət Departamenti 1300-dən çox diplomatı işdən çıxarır
    ABŞ Dövlət Departamenti 1300-dən çox diplomatı işdən çıxarır
    11 iyul 2025 17:26
  • Baş prokuror vətəndaş qəbulu keçirdi
    Baş prokuror vətəndaş qəbulu keçirdi
    11 iyul 2025 16:53
  • XİN:
    XİN: BMMT-nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb
    11 iyul 2025 16:33
  • Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu
    Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu -Fotolar
    11 iyul 2025 15:19
  • Mikayıl Cabbarov:
    Mikayıl Cabbarov: "Coursera" platformasından 25 minə yaxın vətəndaş istifadə edib"
    11 iyul 2025 15:00
  • ABŞ prezidenti Tramp Kanada mallarına 35% rüsum tətbiq etdiyini açıqlayıb
    ABŞ prezidenti Tramp Kanada mallarına 35% rüsum tətbiq etdiyini açıqlayıb
    11 iyul 2025 14:35
  • Qara dəniz akvakultura ixracı ilin birinci yarısında 167 milyon dolları keçib
    Qara dəniz akvakultura ixracı ilin birinci yarısında 167 milyon dolları keçib
    11 iyul 2025 14:33
  • Xocalı soyqırımında körpə övladları ilə girov götürülmüş qadın danışdı
    Xocalı soyqırımında körpə övladları ilə girov götürülmüş qadın danışdı
    11 iyul 2025 14:29
  • Ankarada yük maşını ilə təcili yardım toqquşub: 5 yaralı var
    Ankarada yük maşını ilə təcili yardım toqquşub: 5 yaralı var
    11 iyul 2025 14:24
  • Novruzəli Aslanov: “Azərbaycanın bu iki ədalətli şərtinin yerinə yetirilməsi sülh sazişinin imzalanması üçün möhkəm zəmin yaradacaq”
    Novruzəli Aslanov: “Azərbaycanın bu iki ədalətli şərtinin yerinə yetirilməsi sülh sazişinin imzalanması üçün möhkəm zəmin yaradacaq”
    11 iyul 2025 14:21

  • Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.