Mobil versiya
Abşeronda şirniyyat istehsalı müəssisəsində nöqsanlar aşkarlandı
Tarix: 18-09-2024 | Saat: 16:37
Bölmə:Ölkə | çapa göndər

Abşeronda şirniyyat istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır şosesi, ev 3A ünvanında fiziki şəxs Hüseynov Elsevər Alim oğluna məxsus unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində planlı yoxlama aparıb.

Agentlikdən aia.az-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Müəssisədə texnoloji ardıcıllıq prosesinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl edilmədiyi və etiketlənməsinin aparılmadığı, sanitar qovşağın qapısının birbaşa istehsal sahəsinə açıldığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə unlu və kremli qənnadı məmulatlarının istehsalı dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024