Mobil versiya
Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək
Tarix: 18-09-2024 | Saat: 10:34
Bölmə:Karusel / Ölkə | çapa göndər

Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.

aia.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, sentyabrın 20-də Məmmədov Mübariz İlyas oğlu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlu Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, Rüstəmov Tərlan Kamal oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında və Qəhrəmanov Bilal Qəhrəman oğlu Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn ediləcəklər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024