Mobil versiya
"Qarabağ"ın futbolçusu qəza törətdi - 6 aylıq körpə öldü
Tarix: 08-12-2016 | Saat: 11:22
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

"Qarabağ"ın futbolçusu qəza törətdi - 6 aylıq körpə öldü




11:14

Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə Əmircan qəsəbəsində 1994-cü il təvəllüdlü Babayev Emil Nazim oğlunun idarə etdiyi "BMW X5" markalı, 90 OH 111 dövlət qeydiyyat nişanlı və "Mercedes S 180" markalı, 10 RB 542 avtomobillər toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 2016-cı il təvəllüdlü körpə Bağırov Xalid Əbdülbağır oğlu dünyasını dəyişib, atası, 1985-ci il təvəllüdlü Bağırov Əbdülbağır və anası, 1986-cı il təvəllüdlü Bağırova Günel Məzahir qızı xəsarət alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

-----------

10:53

Bakıda bir ailənin bütün üzvləri qəzaya düşüb.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, Ə.Bağırov marketə daxil olmaq üçün idarə etdiyi "Mercedes" markalı avtomobilini yol kənarında saxlayıb. O, geri qayıdaraq maşınına əyləşmək istəyib. Bu zaman yüksək sürətlə gələn "BMW" markalı avtomobil Ə.Bağırovun yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış maşınına çırpılıb. Nəticədə piyada qismində Ə.Bağırov, o cümlədən "Mercedes" markalı avtomobildə olan onun həyat yoldaşı Bağırova Günel Məzahir qızı ağır xəsarət alıblar. G.Bağırovanın qucağında olan 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlu isə avtomobildən bir neçə metr kənara düşərək ölüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

----------

10:14

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Əmircan qəsəbəsində Emin Babayevin idarə etdiyi "BMW X5" markalı, 90 OH 111 dövlət nömrə nişanlı avtomobillə "Mercedes 180" markalı, 10 RB 542 avtomobil toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Bağırova Günel Məzahir qızı və onun qucağında olan 2016-cı il təvəllüdlü oğlu Xalid Bağırov xəsarət alıblar. X. Bağırov xəstəxanaya aparılarkən ölüb.

Milli.Az bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə isə qəzanı tanınmış futbolçu, "Qarabağ"ın qapıçısı Emil Balayev törədib.

Hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib. Belə ki, qolkiperin idarə etdiyi "BMW X5" markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes" markalı avtomobili vurub.

"Mercedes"də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb.

-----------

09:47

Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən Bağırov Əbdulbağır Zərbi oğlu, Bağırova Günel Məzahir qızı və onun qucağındakı övladı, 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb. Onların üçü də xəstəxanaya çatdırılıb. Ə.Bağırov və G.Bağırova xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. X.Bağırovun isə hadisə yerində öldüyü müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024