Birillik həsrətə son! -Fotolar
Tarix: 10-09-2024 | Saat: 12:43
Bölmə:Manşet / Özəl / Təhsil | çapa göndər
Doğmalarını yenidən qoynuna alan Qara Nuru kənd tam orta məktəbi... – Müasir tələblərə tam cavab verən, yaraşıqlı və zövqlü
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə ölkə ərazisində yeni və əsaslı təmir edilmiş məktəb binalarının açılışları, demək olar ki, ənənəvi hal alıb. Təbii ki, rayonumuz da istisna deyil. Ötən illər bir neçə yeni məktəb binasının istifadəyə verilməsinə sevinənlər bu dəfə, sentyabrın 9-da əsaslı təmir edilmiş Qara Nuru kənd tam orta məktəbin binasının açılışına şahidlik etdilər.
aia.az xəbər verir ki, açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova, məktəbin müəllimləri, şəhid valideynləri və kənd sakinləri iştirak edirdilər.
Qonaqlar əvvəlcə məktəbin yaxınlığında Qara Nuru kənd şəhidlərinin xatirəsinə inşa edilmiş Abidənin önünə gül dəstələri düzdülər. Daha sonra məktəbin önündə açılış mərasimi düzənləndi.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı: “Təhsil millətin gələıcəyidir” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmişdir. Ulu Öndərin dövründə müəyyən olunmuş siyasi xətt və dövlət strategiyası dəyişməyib, əksinə bu gün də uğurla davam etdirilir”. Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğısından bəhs edən E.Bağırov, bütün bunların respublikamızda təhsilin müasir dünya təhsilinin səviyyəsinə çatdırılmasına xidmət etdiyini bildirdi. Və kənd sakinlərini, eləcə də məktəb kollektivini təbrik edərək onlara yeni dərs ilində uğurlar arzuladı.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov da yerli sakinləri, pedaqoji kollektivi təbrik etdi, məktəb binasının müasir tələblərə cavab verdiyini, təhsil prosesinin daha keyfiyyətli və səmərəli təşkili üçün burada hər cür şərait yaradıldığını vurğuladı.
Açılış mərasimində həmçinin Qara Nuru kəndinin Vətən müharibəsi şəhidi Ariz Məhərrəmovun anası Leyla xanım da çıxış edərək gözəl, yaraşıqlı məktəb binasının ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi.
Daha sonra məktəb binasında yaradılmış şəraitlə tanışlıq oldu.
Qeyd edək ki, üç korpusu ikimərtəbəli, bir korpusu isə üçmərtəbəli olan Qara Nuru kənd tam orta məktəbi, ümumilikdə 4 korpusdan ibarətdir və 1176 şagird yerlikdir. Təhsil müəssisəsində 36 sinif otağı (8-i ibtidai sinif otağı), 8 fənn kabineti, idman zalı, 115 yerlik akt zalı, yeməkxana, çağırışaqədərki hazırlıq, əmək təlimi otaqları, kitabxana mövcuddur. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri, laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib, müasir istilik sistemi ilə təmin olunub. Məktəbin təhlükəsizlik sisteminə də xüsusi diqqət yetirilib, çoxsaylı kameralar quraşdırılıb. Təhsil müəssisəsinin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, işıqlandırma sistemi yenilənib.
1988-ci ildə inşa olunmuş və tədrisin təşkili və aparılması üçün yararsız hala düşmüş Qara Nuru kənd R.Səfərov adına tam orta məktəbin binası Saatlı Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-10-2024