Mobil versiya
ADAU-nun rektoru Belçika və İngiltərəyə göndərilən tələbələrlə görüşüb
Tarix: 15-09-2015 | Saat: 08:58
Bölmə:Təhsil / Karusel | çapa göndər



Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Belçika və İngiltərəyə təcrübəyə yola düşən tələbələrlə görüşüb. Tələbələrə uğurlar arzulayan rektor ölkənin kənd təsərrüfatının yüksəkixtisaslı, o cümlədən aqrar mühəndis kadrlara olan tələbatının lazımi səviyyədə ödənilməsinin vacibliyini qeyd edərək bildirib ki, bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir, tələbələrin respublikamızda fəaliyyət göstərən aparıcı şirkətlərlə yanaşı dünyanın aparıcı təhsil və istehsalat müəssisələrində təcrübələri təşkil olunur. 2005-ci ilin sentyabr ayından fəaliyyətə başlamış, ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirən, dünyanın 14 aparıcı şirkətinin rəsmi təmsilçisi olan “Grand Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyi ilə tələbələr New Holland texnikaları istehsal edən zavodlarda təcrübə keçəcəklər. Bu isə, öz növbəsində, Aqrolizinq ASC-nin xətti ilə ölkəmizə gətirilən texnikaların yüksək səviyyədə istismarına xidmət göstərə bilən kadrların hazırlanmasına töhfəsini verəcəkdir.

Tələbələr çıxış edərək onların praktiki biliklərinin inkişaf etdirilməsi üçün göstərilən bu dəstəyə görə rektora dərin təşəkkürlərini və yaradılmış imkanlardan səmərəli istifadə edəcəklərini bildiriblər.



ADAU-nun mətbuat xidməti






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024