“Şans” Regionlara Dəstək İctimai Birliyi “Mina təhlükəsi barədə maarifləndirmə” tədbiri keçirib - FOTOLAR
Tarix: 09-09-2024 | Saat: 09:19
Bölmə:Ölkə | çapa göndər
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şans” Regionlara Dəstək İctimai Birliyi “Mina təhlükəsi barədə maarifləndirmə” layihəsi çərçivəsində 6 sentyabr tarixində kəlbəcərlilərin müvəqqəti məskunlaşdığı Gəncə şəhərində Kəlbəcər rayon mədəniyyət evində tədbir keçirib.
Həmin toplantıda “Mina təhlükəsindən necə qorunmaq olar " adlı videoçarx nümayiş olundu.
Təqdimatda 60-a yaxın Kəlbəcər sakini və digər qonaqlar iştirak etdi. Tədbirin aparıcısı, tarixçi İzzət Bayramov layihənin aktuallığından danışaraq mina təhlükəsi haqqında geniş ictimaiyyətin maarifləndirilməsinin zəruriliyini bildirdi. Daha sonra “Mina təhlükəsindən necə qorunmaq olar " adlı videoçarx nümayiş olundu.
Həyəcan doğuran, təsir edici videoçarx insanların psixologiyasına, davranışına təsir etməklə bərabər çox böyük marağa səbəb oldu. Nümayiş olunan kadrlarda mina təhlükəsinin təhdidləri, statistik yanaşmalar, ekspert çıxışları, minadan xəsarət almış insanların çağrışları və bu bəladan qorunmaq üçün maarifləndirici, fəlsəfi mülahizələr səsləndi. Videoçarxın nümayişindən sonra müzakirələr aparıldı. İştirakçılar tərəfindən verilmiş sullar cavablandırıldı.
Daha sonra Kəlbəcər RİH şöbə müdiri Tural Oruczadə, layihənin rəhbəri, “Şans” Regionlara Dəstək İctimai Birliyinin sədri Natiq Heydərov və digər iştirakçılar çıxış edərək layihənin strateji əhəmiyyətindən danışaraq, mina bəlasında qorunmaq üçün maarifləndirici tədbirlərin artırılmasını bildirdilər. Xatırladırıq ki, növbəti maarifləndirici tədbir Qəbələ rayonunda, kəlbəcərlilərin məskunlaşdığı məkanda keçiriləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024