Mobil versiya
BDU-da Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən Smart Agro Technology layihəsinin ilk təlimi keçirilib. -Fotolar
Tarix: 03-09-2024 | Saat: 14:08
Bölmə:Ölkə | çapa göndər

BDU-da Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən Smart Agro Technology layihəsinin ilk təlimi keçirilib.

02 sentyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Smart Agro Technology” layihəsinin təqdimatı və ilk təlimi baş tutub. Layihə rəhbəri Sara Rəhimzadə tədbiri açaraq seçim turlarının nəticələrinə əsasən təlim turunda iştirak hüququ qazanmış gəncləri təqdim etdi.
BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxışında hazırda aqrar sahədə texnoloji yeniliklərin tətbiqinin əhəmiyyətini vurğulayaraq, bu yaxınlarda Bakı Dövlət Universiteti ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq imkanlarının müzakirə olunmasının da bu məqsədə xidmət etdiyini bildirdi və gəncləri elmi və texniki biliklərinin artırılması məqsədilə ilə keçirilən belə layihələrdə aktiv iştirak etməyə dəvət etdi. Fizika fakültəsinin dekan müavini Vüsal Məmmədov gənclərin intellektual potensialının artırılmasında belə qrant layihələrində iştirakının önəmini və universitet rəhbərliyinin bu cür layihələrin keçirilməsində maraqlı olduğunu və hərtərəfli dəstək göstərdiyini qeyd etdi. Sonda Sara Rəhimzadə qonaqların hər birinə öz təşəkkürünü bildirərək təlim turları haqqında ətraflı məlumat verdi və iştirakçıların hər birinə uğurlar arzuladı.
Təlimin birinci mərhələsi 2 saat ərzində layihənin təlimçisi Orxan Güləhmədov tərəfindən həyata keçirildi. O, müasir dövrdə kənd təsərrüfatında tətbiq olunan innovasiyalar və onların effektivliyi, gənclərin komandalaşması və qrup işlərinin yerinə yetirilmə prinsipləri, ağıllı suvarma sistemlərinin əsas məqsədi, yaradılma prinsipləri, hazırlanma texnologiyası və onların gələcək perspektivləri haqqında ətraflı məlumat verdi.
Sonra O.Güləhmədov tərəfindən iştirakçıların bütün sualları cavablandırıldı və onlara praktiki tapşırıqlar verildi. Hər bir komanda onlara verilən tapşırıqları uğurla yerinə yetirdi.
Təlim bitdikdən sonra layihə rəhbəri iştirakçılara növbəti mərhələ və görüləcək işlər haqqında məlumat verdi. Beləliklə, Smart Agro Technology layihəsinin ilk təlim turu öz işini uğurla yekunlaşdırdı. Qeyd edək ki, növbəti təlim 11 sentyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində keçiləcək.

#AzGF #QrantMüsabiqəsi #smartagrotechnology #GenclerFondu #innovation #gənclər



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2025