Azərbaycanda vəzifəli şəxs münasibətdə olarkən fotosunu çəkən tələbə sevgilisini öldürdü
Tarix: 03-09-2024 | Saat: 10:31
Bölmə:Manşet / Ölkə | çapa göndər
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cinayətdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Sabir Məmmədov (ad-soyad şərtidir) 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sabahinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət hadisəsi isə şəxsi münasibətlər zəminində baş verib.
Belə ki, 63 yaşlı Sabir Məmmədov Şamaxıda fəaliyyət göstərən kolleclərdən birində şöbə müdiri olub. Qətlə yetirilən Nailə isə həmin kollecin tələbəsi olub.
Təqsirləndirilən şəxsin məhkəmədə ifadəsinə görə, onların arasında münasibət olub və Nailə Quliyeva bundan sui-istifadə edib. S.Məmmədovun iddiasına görə, Nailə onu münasibətdə olarkən çəkdiyi foto ilə şantaj edib və bu, davamlı hal alıb. Təqsirləndirilən şəxs bildirib ki, o, bu şantaj nəticəsində hətta çalışdığı kollecdən də istefa vermək məcburiyyətində qalıb.
Hadisə günü isə S.Məmmədov şəxsi avtomobili ilə Abşeron rayonu ərazisində hərəkətdə olarkən Nailə onu öz maşını ilə təqib edib. Bu zaman qadın S.Məmmədovun avtomobilinə arxadan öz maşını ilə bir neçə dəfə zərbə endirib. Daha sonra avtomobili saxlayıb Nailə Quliyevaya yaxınlaşan şöbə müdiri, çalışdığı kollecin tələbəsini boğaraq qətlə yetirib.
O, daha sonra polisə zəng edərək adam öldürməsi barədə məlumat verib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024