Mobil versiya
Məhkəmə “Pilot Residence” MTK-nın qanunsuz tikililərinin sökülməsinə dair qərar verdi
Tarix: 30-08-2024 | Saat: 18:42
Bölmə:Ölkə | çapa göndər

Məhkəmə “Pilot Residence” MTK-nın qanunsuz tikililərinin sökülməsinə dair qərar verdi

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence” binasının sakinləri ilə MTK arasında qalmaqal nəhayət başa çatıb. Belə ki, dünən Bakı Appelyasiya Məhkəməsi MTK-nın appelyasiya şikayətini rədd edərək, Səbail Məhkəməsinin “Pilot Residence” ərazisində bütün qanunsuz tikililərin ləğvi barədə Qətnaməsini dəstəkləyib. Bununla da Babək İsmayılovun rəhbərlik etdiyi sözügedən MTK tərəfindən aparılan qanunsuz tikintilərin dayandırılması və o cümlədən bu günə qədər qanunsuz inşa olunan tikiləilərin söküntüsünə qərar verilib.

Binada yaşayan sakinlər saytımız vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və IDEA ictimai birliyinin sədri Leyla xanım Əliyevaya, o cümlədən problemi daim diqqətdə saxlayan bütün KİV-lərə öz dərin təşəkkürünü bildirərək, qanunun, ədalətin qələbə qazanacağına inamlarını heç zaman itirmədiklərini bildiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024