Mobil versiya
Sizə gələn zəngdə belə sözlər deyilirsə... - Bakıda qurbanların başına "Kurtlar Vadisi"ndəki oyundan açırlar
Tarix: 27-08-2024 | Saat: 10:08
Bölmə:Manşet / Ölkə | çapa göndər

Sizə gələn zəngdə belə sözlər deyilirsə... -

Çox təhlükəli və dəhşətli dələduzluq növü yayılıb, yenidir - diqqətli olun. Artıq Azərbaycanda qurbanlar var və külli miqdarda vəsait talanıb. Mümkünsə paylaşın.

aia.az bildirir ki, bu barədə Fərid Pərdəşünas məlumat yayıb.

Deməli, valideyninizə zəng gəlir. Dəstəyin o tərəfədə olan səsinizin süni intellekt ilə klonlanmış variantıdır. Valideyninizə sizin öz səsinizlə qəza keçirib, yararlı olduğunuzu və kimisə avtomobillə vurduğunuz deyilir. Burada səs klonlanır və evdə olan valideyn sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır.

Valideyndən təcili formada pul istənilir. Evdə nə var nə yox hamısı xəstəxana xərcləri üçün tələb olunur. Hətta, inandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır.

Növbəti mərhələdə oğul, valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11,000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır.

Mənim ilkin araşdırmalarıma görə binanın önünə gələn şəxs belə başqa dələduzluğun qurbanıdır, sadəcə kuryer funksiyasını daşıyır. Film kimi senari qurulub. Bu dələduzluğu edənlər ehtimal edirəm ki, Azərbaycanda deyil. Yenə də son açıqlama DİN-dən olacaq. İndiki halda maksiumum diqqətli olun. Proses çox inandırıcıdır və hədəf yaşlı insanlardır.

Qeyd edək ki, hələ 2004-cü ildə "Kurtlar Vadisi" serialında səs klonlama proqramı ilə Polat Alemdarın yaxınlarına zəng edərək onun səsi ilə qohumlarını tələyə salmışdılar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə