Mobil versiya
“TOYVO KLAAR KİMİLƏR SÖZLƏRİNƏ VƏ HƏRƏKƏTLƏRİNƏ ƏHƏMİYYƏT VERİLMƏSİNƏ LAYİQ DEYİLLƏR”
Tarix: 22-08-2024 | Saat: 17:29
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

“TOYVO KLAAR KİMİLƏR SÖZLƏRİNƏ VƏ HƏRƏKƏTLƏRİNƏ  ƏHƏMİYYƏT VERİLMƏSİNƏ LAYİQ DEYİLLƏR”

Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaarın  Ermənistandakı separatçı meylləri yenidən dirçəltməyə çalışmasına qarşı Bəyanatla çıxış edib.
Qərbi Azərbaycan İcmasının sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli həmin Bəyanatı şərh edərkən deyib:

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, ermənipərəst Toyvo Klaar yenə ampluasındadır. Bu tipli insanlar üçün nə beynəlxalq hüquq, nə də obyektivlik mövcuddur. Bunlar bütün hadisə və proseslərə özlərinin əyri obyektivindən baxır, baxdıqlarını görmək istədikləri kimi görür və göstərməyə çalışırlar.

Toyvo Klaarın Ermənistandakı separatçı meylləri yenidən dirçəltməyə çalışması, bunun üçün dəridən-qabıqdan çıxması atalarımızın bir deyimini yada salır: “Eşşəkdən düşüb, hoş-hoşundan qalmır”.

Toyvo Klaar anlamaq istəmir ki, son 30 ildə Qarabağ münaqişəsi zəminində Azərbaycanda və Ermənistanda nə qədər azərbaycanlı və erməni həlak və ya əlil olubsa, nə qədər insan işgəncə və məhrumiyyətlərə məruz qalıbsa, bu cinayətlərin hamısında bu münaqişənin ideoloqlarının, təşkilatçı və iştirakçılarının hamısının “payı” var. Bu cinayətkarların hamısı öz əməllərinə görə cəzalarını almalıdırlar və alacaqlar. Klaar kimilərin müdafiəsi onları xilas edə bilməz, əksinə, yeni-yeni faciələrə yol aça bilər.

Ermənistanın, onun ayrı-ayrı tör-töküntülərinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyəti, bunun üçün Klaar kimilərin dəstəyi ilə hər hansı “komissiya”ların yaradılması 1918-ci ilə qədər Cənubi Qafqazda heç bir dövlətçilik mövcudiyyəti olmayan ermənilərin regionda mövcudluğunu belə sual altında qoya bilər.

Toyvo Klaar, yaxşı olar ki, Qarabağ münaqişəsinin tərkib hissəsi kimi, bu münaqişənin ilk mərhələsində – 1987-1991-ci illərdə indiki Ermənistan ərazisindəki minillər boyu yaşadıqları ata-baba yurdlarından qovulmuş azərbaycanlıların taleyi barədə düşünsün. Həm də Azərbaycan xalqına qarşı saysız-hesabsız cinayətlər törətdiklərinə görə Qarabağı könüllü tərk etmiş ermənilərdən fərqli olaraq, Ermənistandan qovulmuş azərbaycanlılar heç vaxt Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmamışlar və bu gün də çıxmırlar. Onlar sadəcə Ermənistandakı öz doğma evlərinə geri dönmək istəyirlər. Belə olan surətdə sual ortaya çıxır: cənab Klaar Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların birləşdiyi Qərbi Azərbaycan İcması ilə təmaslardan niyə qaçır, onların dilindən əsl həqiqətləri eşitməkdən niyə qorxur? Biz inanmırıq ki, cənab Klaar bölgə ilə bağlı həqiqətləri bilmir, çox gözəl bilir, məsələ ondadır ki, əsl həqiqətin ortaya çıxması onun Azərbaycana qarşı qərəzli və düşmən mövqeyinə uyğun gəlmir.

Toyvo Klaar kimilərinin biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danması, bu hüququn yalnız ermənilərə aid olmasını iddia etməsi siyasi riyakarlıqdan başqa bir şey deyil və cənab Klaar bununla, olsa-olsa, Azərbaycan xalqının nifrətini və tarixin lənətini qazana bilər.

Toyvo Klaar kimilər sözlərinə və hərəkətlərinə əhəmiyyət verilməsinə layiq deyillər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə