Adəm İsmayıl Bakuvi: “Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə görülən tədbirlər gəncliyin vətənpərvər ruhda formalaşması baxımından da böyük önəm kəsb edir”
Tarix: 22-08-2024 | Saat: 16:26
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, böyük strateji əhəmiyyətə malik olan Laçın rayonunun ermənilər tərəfindən işğalı bütün Azərbaycan üçün böyük faciə idi. Bu rayonu ələ keçirməklə Ermənistan ilə keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yarandı ki, bu da digər ərazilərimizin sonrakı işğalına zəmin yaratdı. Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qoyulmuş, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Lakin Azərbaycan 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. İkinci Qarabağ savaşında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Belə bir mühüm faktı da qeyd etmək lazımdır ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə dövlətimizin başçısı tərəfindən görülən tədbirlər gələcək nəslin vətənpərvər ruhda formalaşması baxımından da böyük önəm kəsb edir. Bu məqsədlə Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Bundan başqa dövlət başçımızın müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.
Müsahibimiz daha sonra qeyd edib ki, bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır: “Məlum olduğu kimi, Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin son dörd ildə Laçına etdiyi çoxsaylı səfərləri burada görülən işlərin xüsusi diqqətdə saxlandığını nümayiş etdirir. Həmçinin bu səfərlərin hər biri mühüm obyektlərin təməlqoyma mərasimləri ilə əlamətdar olur. O cümlədən dövlətimizin başçısı tərəfindən təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Bu hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşməklə, strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da böyük töhfə verəcək” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024