Novruzəli Aslanov: “Azərbaycan işğaldan azad etdiyi ərazilərə əbədi qayıtmışdır”
Tarix: 22-08-2024 | Saat: 10:36
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Ölkə Prezidenti cənab İlham Əliyev 2023-cü ilin 28 may tarixində Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Bu gün Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi möhtəşəm bərpa və yenidənqurma işlərini bütün dünya heyranlıqla izləyir. Dövlət başçımızın keçən il avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində “Laçın Şəhəri Günü” münasibətilə keçirilən bayram tədbirində etdiyi çıxışında dediyi kimi, Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Qeyd etmək lazımdır ki, cənab Prezident işğaldan azad edilmiş Laçın rayonuna altı dəfə səfər etmişdir. Həmçinin 2021-ci ilin 16 avqust tarixində etdiyi səfər çərçivəsində cənab Prezident Laçın Beynəlxalq Hava Limanının təməlini qoymuşdur. Hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Diqqətəlayiq haldır ki, Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilənbu strateji obyekt postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləş bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da böyük töhfələr verəcək. Beləliklə, Laçın Beynəlxalq Hava Limanının inşası ümumilikdə bölgənin beynəlxalq statusunun yüksəlməsinə xidmət edəcək.”
Bu sözləri 26 avqust - Laçın şəhəri günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra müsahibimiz bildirib ki, Azərbaycanın Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi mühüm siyasi əhəmiyyət kəsb edən məsələlərdən biridir: “Bu məqsədlə atılan mühüm addınlardan biri də sözsüz ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis olunmasıdır. Məhz bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilib. Əlbəttə ki, bu gün bütün xalqımız üçün tarixi əhəmiyyət kəsb edən bir gündür. Məlum olduğu kimi, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi idi. Belə ki, 2020-ci ilin noyabr ayının 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024