Bir qucaq sevgi
Tarix: 21-08-2024 | Saat: 12:26
Bölmə:Ölkə | çapa göndər
Rəşad Məcid - 60
Şəxsiyyətinə və yaradıcılığına böyük rəğbət bəslədiyim Rəşad Məcidin öz avtoqrafı ilə mənə bağışladığı " Səbəbi sənsən" sevgi şeirləri kitabını sonsuz maraqla oxudum. 2019 - cu ildə Mutərcim nəşriyyatında işıq üzü görmüş bu topluda Rəşad Məcidin müxtəlif illərdə yazdığı, bir çoxlarına mahnılar bəstələnmiş sevgi şeirləri toplanıb. Təxminən 150 - ə yaxın şeirin yer aldığı bu toplu mən deyərdim ki, əsl məhəbbət çələngidir. Bu şeirlərin hər birində Rəşad Məcidin ürəyinin çırpıntılarını, sevgi hisslərini çox yaxından duyuruq. Ürəkdən yazanda, müqəddəs hissləri poeziyaya çevirəndə gözəl olur. Rəşad Məcid poeziya aləmində təzə adam deyil. 30 ildən çoxdur ki, o, bu yolun yolçususdur. Onu duyğulandıran, təsirləndirən nəcib hisləri bir şair kimi oxucularına təqdim edir. Bu şeirləri oxuyursan, hiss edirsən ki, sanki sənin ömrünün müəyyən anlarını əks etdirir bu misralar. Çünki çox səmimi və təbiidir.
- Yaddaşımda nə qalıb ki,
Sirli kələkdən savayı.
Sinəmin altında nə var,
Təşnə ürəkdən savayı.
Füzuli tək yanan neyəm,
Tənha atlı, tək gəmiyəm,
Kimsə yox, dərdimi deyəm,
Əsən küləkdən savayı.
Barışdığım gərdişim var,
Alışdığım vərdişim var,
Mənim özgə nə işim var,
Səni sevməkdən savayı
Məhəbbət hər bir şair üçün əbədi mövzudur. Hər şair bu mövzunu bir cür hallandırır. Bir mahnıda deyildiyi kimi: "Bu məhəbbətki deyirlər, O sağalmaz bir azardır..." Rəşad Məcid də sevgi şeirlərində öz həyatını yazır:
Ümidim qalıbdı səni görməyə,
O küncdə bir nərgiz topası kimi.
Açdım otağının qapısını mən,
Qırxıncı otağın qapısı kimi.
Mən gəlib çatanda getmişdin artıq,
Kimsə də hövsələ qalmayıb indi.
Bütün sualların cavabı aydın,
Cavabsız məsələ qalmayıb indi.
Fikir adamı Rəşad Məcidin daşıdığı titullar və çalışıdığı işlərlə tanış olduqdan sonra, məni heyrət bürüdü. Yazıçı, jurnalist, Əməkdar Mədəniyyət İşçisi, 525 - ci qəzetin baş redaktoru, Yazıçılar birliyində sədr müavini, ondan əvvəl gənc yazarlar üzrə katib, nəhayət Mətbuat şurasının sədri. Əslində sadalanan vəzifələrin hər biri adamdan hədsiz gərgin əmək, daim axtarışda olmaq kimi vərdişlər tələb edir. Və Rəşad Məcid bütün bu işlərin öhdəsindən öhdəsindən layiqincə gəlmək üçün özündə güc, qüvvə tapır. Bəs Rəşad Məcid poetik hisslərin qələmə almağa necə vaxt tapır?! Axı, şeir elə - belə yaranmır. Şeir janrı istedadın, yuxusuz gecələrin, sərhədsiz zəhmətin bəhrəsidir. Nə yaxşı ki, Rəşad Məcid bu işə də lazımınca vaxt tapa bilir. İlham pərisi ilə poeziya aləmində də uğurlu addımlar atır.
Yüz dəfə yu, min dəfə sil,
Hər yana, hər tərəfə sil
Yenə də sızıldayacaq
Yenə gələcək nəfəsi
Neyləsən də getməyəcək
Əlindəki öpüş yeri.
Çıxar bu fikri başından,
Küsüb dayanma qarşımda.
Gizləsən də görünəcək,
Neyləsən də getməyəcək
Əlindəki öpüş yeri.
Rəşad Məcid üçün, bir şair kimi, mövzu qıtlığı yoxdur. Sanki böyük dramaturqumuz Cəfər Cabbarlının dediyi kimi, "mövzu özü onu tapır." Hamımız üçün adi bir hal olan hadisə Rəşad Məcidin baxışlarında poetik bir mənaya çevirilir, daha doğrusu, min dəfələrlə üzləşdiyimiz bu olaya Rəşad Məcid əsl poetik don geydirir.
Sağ ol" demə, vida etmə,
Zamandısa, vaxtdısa, get.
Getməyinin gərəkliyi
Qalmağından çoxdusa, get.
Bir mən qalım, bir dərd-sərim,
Hədər oldu çəkdiklərim.
Pıçıltıyla dediklərim,
Yaddaşından çıxdısa, get.
Qaysaqlanar yenə yaram,
Sızlamaram, ağlamaram
Səni yoldan saxlamaram -
Soldusa get, sağdısa get.
Bir sözünlə mənalıydı,
Gülüşünlə mənalıydı.
Mənə sənlə mənalıydı
Sənə məna yoxdusa, get.
Rəşad Məcidin sevgi şeirləri bir daha göstərir ki, insan hər bir yaşda, lap 50, 60, 70 yaşda da sevə bilər.
Yaş demişkən, bu ilin avqust ayında Rəşad müəllimin 60 yaşı tamam olacaq. Qoy bu kiçik qeydlərim də, daim qayğı və diqqətini üzərimdə hiss etdiyim sevimli yubilyarımıza gənc şair - jurnalistin yubiley hədiyyəsi olsun.
Səbəbi sənsən toplusu ilə adlı şəxsi kitabxanamdakı dəyərli kitablardan biri də artdı. Kaş belə kitablar çox olaydı.
İnsanı sevgi yaşadır. Sevgi varsa, həyat var. Siz də yüz yaşayın, Rəşad müəllim!!!
Həyat davam edir. Biz oxucuları isə Rəşad müəllimdən ürəkləri ehtizaza gətirən sevgi dolu şeirlər gözləyirik...
Hazırladı: Fuad Biləsuvarlı, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024
28-12-2024