Mobil versiya
NİİM yük avtomobili sürücülərinə müraciət etdi
Tarix: 21-08-2024 | Saat: 10:51
Bölmə:Ölkə | çapa göndər

NİİM yük avtomobili sürücülərinə müraciət etdi

Ötən gün axşam saatlarında Nizami rayonu, Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində, Yasamal rayonu, Tbilisi prospektində və Rövşən Cəfərov küçəsində texniki nasaz yük avtomobillərinin yolda qalması sıxlığın yaranmasına səbəb olub.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən aia.az-a verilən xəbərə görə, bu səbəbdən metronun "Neftçilər" və "20 Yanvar" stansiyaları, eləcə də "Xırdalan" dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri dəqiqələrlə sıxlıqda gözləməli olublar:

"Təbii ki, müşahidə kameralarının qeydə aldığı vəziyyətlə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qısa müddətdə sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə işlər görüldü. Ancaq təəssüf ki, əksər hallarda texniki nasaz yük avtomobilləri, xüsusilə də intensiv hərəkət olan yollarda qalmaqla həm süni sıxlığın yaranmasına səbəb olurlar, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradırlar. Bildiririk ki, yola çıxmazdan öncə nəqliyyat vasitələrinin sazlığı yoxlanılmalı, texniki nasazlıq səbəbindən yolda qaldıqda isə təhlükəsizlik tədbirləri görülməlidir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024