Mobil versiya
Deputatlığa namizəd Cavanşir Feyziyevin seçicilərlə görüşləri davam edir -Fotolar
Tarix: 16-08-2024 | Saat: 18:00
Bölmə:Parlament | çapa göndər

Deputatlığa namizəd Cavanşir Feyziyevin seçicilərlə görüşləri davam edir

VII çağırış Milli Məclisə seçkilərdə namizədliyi 115 saylı Şəki kənd seçki dairəsi tərəfindən qeydə alınmış bitərəf namizəd Cavanşir Feyziyev seçicilərlə görüşlərini davam etdirir. Deputatlığa namizədin növbəti görüşləri Şəkinin İbrahimkənd yaşayış məntəqəsində və Orta Zəyzid kəndində baş tutmuşdur.

aia.az xəbər verir ki, hər iki görüşdə Cavanşir Feyziyev sakinlər tərəfindən böyük coşqu və ruh yüksəkliyi ilə qarşılanıb. Səmimi söhbət əsnasında keçirilən görüşdə Cavanşir Feyziyev seçicilərə öz platformasını təqdim edib, gələcək planlardan danışıb. Sakinlər namizədi yaxşı tanıdıqlarını və ona böyük hörmət bəslədiklərini vurğulayıblar. Sonra kənd sakinlərini qayğılandıran müəyyən məsələlər müzakirə olunub. Cavanşir Feyziyev bu məsələləri qeydiyyata götürüb və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Deputatlığa namizəd sonda seçicilərinə yekdil dəstəyə və xoş münasibətə görə təşəkkürünü bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024